Havana üçün TƏHLÜKƏ SİQNALI: Tramp yeni hədəf seçdi!

Havana üçün TƏHLÜKƏ SİQNALI: Tramp yeni hədəf seçdi!
28.01.2026 16:43 Təhlil

ABŞ Prezidenti Donald Tramp Ayova ştatına səfəri zamanı Kubanın Venesueladan neft tədarükünün dayandırılmasından sonra iqtisadi cəhətdən iflas həddinə çox yaxın olduğunu bildirib.  

Onun sözlərinə görə, Kuba uzun müddət Venesueladan həm maliyyə, həm də neft alıb, lakin artıq bu dəstək yoxdur.

ABŞ Prezidenti qeyd edib ki, məhz bu amil Havana üçün ciddi risklər yaradır.

Trampın bu açıqlaması Kubada daxili sabitliyin sarsıdılması və rejim dəyişikliyi hədəfinin açıq mesajı kimi dəyərləndirilə bilərmi?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Rəşad Bayramov bildirib ki, ABŞ Prezidenti Donald Trampın Kuba ilə bağlı açıqlamaları sadəcə iqtisadi narahatlıqlarla məhdudlaşmır və Vaşinqtonun Latın Amerikası siyasətindəki daha geniş strateji məqsədlərini ortaya qoyur:


“Bu açıqlamalar yalnız Kuba iqtisadiyyatının vəziyyəti ilə bağlı deyil, eyni zamanda Havana rejiminə qarşı açıq təzyiq mexanizmi kimi çıxış edir. Kubanın ciddi risklərlə üz-üzə qalması barədə bəyanatlar iqtisadi problemlərin sadə təsviri deyil, daha çox siyasi təzyiq strategiyasının tərkib hissəsidir”.

Politoloqun sözlərinə görə, Trampın əsas məqsədi Kuba iqtisadiyyatını zəiflətməklə kifayətlənmir, eyni zamanda rejim dəyişikliyini stimullaşdırmaqdır:

“Hazırda Trampın siyasətinin mərkəzində Kuba rəhbərliyinə təzyiq göstərmək və ölkə daxilində mövcud narazılıqları gücləndirmək dayanır. Bu, məqsədyönlü və sistemli yanaşmadır. Kubanın uzun illər Venesueladan aldığı neft və maliyyə dəstəyi ölkə iqtisadiyyatının əsas dayaqlarından biri olub. Bu dəstəyin kəsilməsi əhalinin sosial vəziyyətinə birbaşa təsir göstərir və ciddi narazılıqlar yarada bilər. Trampın açıqlamaları isə məhz bu sosial gərginliyi beynəlxalq gündəmə çıxarmaq və Kuba rəhbərliyini zəiflətmək məqsədi daşıyır”.

Ekspert vurğulayıb ki, Tramp bu proses fonunda ABŞ-nin regiondakı mövqeyini də möhkəmləndirməyə çalışır:

“O, Latın Amerikasında ABŞ-nin rolunu gücləndirməyi, regional müttəfiqlərin mövqelərini bərkitməyi və Vaşinqtonun təsir imkanlarını artırmağı hədəfləyir. Bu açıqlamalar ABŞ-nin hegemonluğunu gücləndirmək niyyətindən xəbər verir və Latın Amerikası ölkələrində mövcud rejimlərə qarşı daha aqressiv siyasətin tətbiqinə hazır olunduğunu göstərir”.

R.Bayramov əlavə edib ki, Trampın Kubaya qarşı sərt təzyiqi geosiyasi məqsədlər daşıyır:

“Bu siyasət ABŞ-nin bölgədəki strateji mövqeyini möhkəmləndirməyə hesablanıb. Tramp bununla digər Latın Amerikası ölkələrində də ABŞ-nin təsir imkanlarını artırmaq və daxili dəyişiklikləri təşviq etmək niyyətindədir”.

Sonda politoloq vurğulayıb ki, Trampın Kubaya dair bəyanatları həm açıq, həm də gizli mesajlar ehtiva edir:

“Bu açıqlamalarla Tramp təkcə Kuba iqtisadiyyatına və daxili sabitliyə diqqət çəkmir, eyni zamanda Kuba xalqına və hökumətinə siyasi dəyişikliklərə yönəlmiş mesaj göndərir. Məqsəd sosial və siyasi təzyiq mühiti formalaşdırmaq və nəticə etibarilə Kuba liderliyinin dəyişməsinə zəmin yaratmaqdır. Bu isə ABŞ-nin Latın Amerikası siyasətində yenilənmiş və daha sərt yanaşmanın göstəricisidir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyununda penaltilər seriyası olacaq - CANLI 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Bütün Xəbərlər