Əl Şaraanın Bakı səfəri: Suriya-Azərbaycan əlaqələrində yeni mərhələ!

Əl Şaraanın Bakı səfəri: Suriya-Azərbaycan əlaqələrində yeni mərhələ!
14.07.2025 16:58 Təhlil

“Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri bir neçə səbəbdən önəmlidir. Yeni Suriya hökuməti həm İranla, həm də İsraillə münasibətləri normallaşdırmaq niyyətindədir. Bu baxımdan neytral məkan kimi Bakı görüşlər üçün əlverişli sayılır. Əvvəllər də bu şəhər İran və İsrail rəsmilərinin təmaslarına ev sahibliyi edib”.

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə açıqlamasında deyib.  

O qeyd edib ki, Azərbaycanın İsraillə sıx əlaqələrə malik olması, onun Suriya ilə dialoqun qurulmasında vasitəçi rolunu oynaya biləcəyini göstərir:  

“Bundan əlavə, Bakı və Dəməşq arasında enerji sahəsində əməkdaşlıq imkanları genişdir. Azərbaycanın bu sektorda formalaşmış təcrübəsi Suriyanın maraqlarına da xidmət edə bilər. Suriyadakı enerji resurslarının istismarında Azərbaycan şirkətlərinin iştirakı həm iqtisadi, həm də siyasi baxımdan Dəməşq üçün əhəmiyyətlidir. Prosesdə əsas aktorlar olan Türkiyə və İsrail də Azərbaycanın iştirakı ilə bağlı narahatlıq keçirmir. 

Digər mühüm sahə isə şəhərsalma və məcburi köçkünlərin geri dönüşü üzrə əməkdaşlıq ola bilər. Azərbaycan bu sahədə də zəngin təcrübəyə malikdir. Suriyanın yeni rəhbərliyi “ağıllı şəhər” və “ağıllı kənd” modellərindən bəhrələnməkdə maraqlı ola bilər. Həmçinin, ekoloji bərpa sahəsində də ölkəmizin təcrübəsi Dəməşq üçün nümunə rolunu oynaya bilər”.

Siyasətçi Azərbaycanın artıq Suriya bazarına daxil olduğunu və Türkiyə vasitəsilə bu ölkəyə təbii qaz ixracına başladığını əlavə edib:

“Bu, Azərbaycanın Yaxın Şərqdəki təsir imkanlarını artırır. Suriyanın gələcək siyasi arxitekturasında Azərbaycanın söz sahibi olması həm xarici siyasət strategiyası baxımından əhəmiyyətlidir, həm də Suriyada yaşayan türkman icmasının mövqeyinin güclənməsinə xidmət edir. Bakı son illərdə Türk dünyasında əsas təsir mərkəzinə çevrildiyini hər addımda nümayiş etdirir”. 

Qeyd edək ki, iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana səfər gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu iqamətgahında qəbul edib. Bakıda SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd Azərbaycanın təbii qazının Türkiyə üzərindən Suriyaya ixracını nəzərdə tutur. 

Qiymət Mahir

FOTOLAR

Əl Şaraanın Bakı səfəri: Suriya-Azərbaycan əlaqələrində yeni mərhələ! — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Bütün Xəbərlər