TDT-Azərbaycan: Türk dünyasının ürəyi Bakıda döyünür

TDT-Azərbaycan: Türk dünyasının ürəyi Bakıda döyünür
24.11.2025 17:29 Təhlil

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatları Bakıda bir yerə toplaşıb.  Forumda TDT-yə üzv 8 ölkədən 500-dən çox QHT nümayəndəsi iştirak edir. “Zəngəzur dəhlizi” və Azərbaycan–Qazaxıstan QHT əməkdaşlığı müzakirə olunur. Sabah tədbir Naxçıvanda davam edəcək: Qarabağ və Şərqi Zəngəzurdakı bərpa işlərinin təqdimatı və 2026 WUF13-ə hazırlıq gündəmdədir. Həmçinin Naxçıvanda TDT ölkələrinin QHT Platformasının yaradılması və rəhbərliyin Azərbaycana verilməsi planlaşdırılır. 


Bəs TDT-nin Naxçıvanda vahid QHT Platforması yaratması və rəhbərliyin Bakıya verilməsi Türk dünyasında institusional inteqrasiyanı hansı səviyyəyə daşıyır və bu proses Azərbaycanı regionda hansı yeni siyasi-sivil mərkəzə çevirə bilər?   

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Forum Bakının beynəlxalq nüfuzunu bir daha təsdiqlədi:

"Bəli, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qeyri-Hökumət Təşkilatları Forumunun Bakıda keçirilməsi və bu tədbirdə 8 ölkədən 500-dən çox nümayəndənin iştirakı, hər şeydən əvvəl, Azərbaycanın növbəti dəfə əhəmiyyətli və nüfuzlu bir beynəlxalq platformaya uğurla ev sahibliyi etdiyini göstərir".

Ekspert QHT-lərin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb:


"Qeyd etmək lazımdır ki, Qeyri-Hökumət Təşkilatları bütün ölkələrdə vətəndaş cəmiyyətinin əsas dayaqlarıdır. QHT-lər dövlət idarəçiliyi ilə cəmiyyət arasında mühüm körpü rolunu oynayır, ictimai gözləntiləri və çağırışları dövlət qurumlarına çatdıraraq sağlam və konstruktiv münasibətlər sisteminin qurulmasına xidmət edirlər".

Onun sözlərinə görə, bu baxımdan QHT Forumunun özü çox mühüm hadisədir. Xüsusilə də, TDT-yə üzv dövlətlərin QHT-lərini bir araya gətirən belə bir platforma hər bir ölkədə vətəndaş cəmiyyətinin inkişafına əlavə töhfə verəcək.

Analitik vurğulayıb ki, Azərbaycan azad edilmiş torpaqları ilə beynəlxalq aləmdə imicini gücləndirib:

"Digər tərəfdən, bu gün Azərbaycanın beynəlxalq imici tamamilə yenilənmişdir. Bu həm geosiyasi, həm geoiqtisadi, həm də humanitar sahədə əməkdaşlıq baxımından özünü göstərir. Torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub və ölkəmiz bütün əraziləri üzərində suverenliyini dönməz şəkildə təmin edib".

O qeyd edib ki, Azərbaycan İlham Əliyevin siyasəti ilə regionun əsas gücünə çevrilib:


"Prezident İlham Əliyevin strateji baxışları sayəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Cənubi Qafqaz regionunda ölkəmiz həm siyasi, həm iqtisadi lokomotiv rolunu üzərinə götürüb. Məhz Azərbaycanın iradəsi ilə bölgədə yeni təhlükəsizlik arxitekturası formalaşıb və təhlükəsizlik mühiti tamamilə yenilənib. Bu, olduqca vacib amildir".

Ekspert Forum çərçivəsində QHT nümayəndələrinin ölkəmizə, o cümlədən Naxçıvan və Qarabağa səfərlərinin xüsusi əhəmiyyət daşıdığına diqqət çəkib. Bildirib ki, onların burada formalaşdıracağı təsəvvürlər gələcəkdə müxtəlif informasiya mənbələrinə, kontentlərə və ictimai rəyə ciddi təsir göstərəcək. Çünki QHT nümayəndələri adətən media və informasiya mühiti ilə sıx əlaqədə olurlar.

"Bu baxımdan Forumun Azərbaycanda keçirilməsi bir daha göstərir ki, ölkəmiz Türk dünyasında aparıcı mövqeyə malikdir və Türk dövlətləri arasında inteqrasiyada təyinedici rola sahibdir. Eyni zamanda bu platformanın yaradılması və rəhbərliyinin Azərbaycana həvalə olunması ölkəmizin TDT çərçivəsində gələcək fəaliyyətinə güclü stimul verəcək".

E.Mirbəşiroğlu sonda əlavə edib ki, QHT Platforması vasitəsilə Azərbaycan Türk dövlətləri arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafında daha təsirli mövqe tutacaq. Bütün bunlar Azərbaycanın regionda xüsusi rol oynadığını və humanitar sahədə də unikal bir mərkəzə çevrildiyini bir daha təsdiqləyir. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Bütün Xəbərlər