Deputat: "Rusiyanın imperiya siyasəti açıq formaya keçir"

Deputat: "Rusiyanın imperiya siyasəti açıq formaya keçir"
29.06.2025 11:55 Təhlil

"Rusiyanın Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən azərbaycanlı ailələrə basqın, heç bir müqavimət göstərməyən insanların işgəncələrə məruz qalması və vəhşicəsinə qətlə yetirilməsi şovinizmdən qaynaqlanan və azərbaycanlılara qarşı qəsdən törədilən terror hadisəsidir".

TodayPress TV xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bildirib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin ötən ilin dekabrında AZAL-a məxsus mülki təyyarənin vurulması ilə bağlı verilən açıqlamalara bənzər absurd açıqlaması bir daha sübut edir ki, Yekaterinburqda törədilən insanlığa sığmayan bu vəhşilik Rusiya tərəfindən Azərbaycana qarşı yeridilən şovinist və ikiüzlü siyasətin tərkib hissəsidir.

Deputat əlavə edib ki, planlaşdırlan bu cür anti-Azərbaycan tədbiləri Rusiyada azərbaycanlılara və digər türk, müsəlman xalqların nümayəndələrinə, qeyri-rus xalqlara qarşı aparılan şovinist, ayrı-seçkilik siyasəti əslində əsrlər boyu onun müxtəlif xalqlara qarşı həyata keçirilən və zəmanəmizin reallıq prizmasından baxdıqda bumeranq effekti verən imperiya siyasətinin daha sərt və açıq formaya keçmiş davamıdır. 

"Rusiyada miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı artan təzyiqlər insan haqlarının kobud şəkildə pozulması ilə yanaşı, həm də artıq sistematik xarakter alan etnik ayrı-seçkilik siyasətin qətliamlarla müşayət olunmağa başlaması, onun çox təhlükəli həddə çatdığını göstərir. Bütün bunlar  ötən ilin dekabrında təyyarə qəzasından sonra Rusiyanın nümayiş etdirdiyi saymazlıq və Azərbaycan tərəfinə göstərilən təzyiqlər  nəticəsində onsuz da korlanan Rusiya-Azərbaycan münasibərlərini daha da pisləşdirir".

Millət vəkili vurğulayıb ki, Azərbacan Xarici İşlər Nazirliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburqda azərbaycanlılara qarşı törətdiyi bu cinayət hadisəsi ilə əlaqədar Rusiyaya öz etirazını bildirib və cinayətkarların cəzalandırılmasını tələb edib.

"Biz də törədilən bu işgəncə faktlarını, 5 nəfərin vəhşicəsinə qətlə yetirilməsini nifrət və şiddətlə pisləyirik. Azərbaycan cəmiyyətində dərin hiddət və ciddi narahatlıq doğuran bu hadisələr əslində insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir. Əgər bu hadisə Rusiya dövlətinin sifarişi ilə həyata keçirilməyibsə, o zaman rəsmi Moskva dərhal üzr istəməli, araşdırma başlatmalı və məsul şəxslər qanun qarşısında cavab verməlidir. Belə vəhşiliklərin təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görülməlidir.”

Sonda Əli Məsimli vəhşicəsinə qətlə yetirilən soydaşlarımıza Allahdan rəhmət diləyib, onların ailələrinə dərin hüznlə başsağlığı verib.

Türkan İsgəndərli

FOTOLAR

Deputat: "Rusiyanın imperiya siyasəti açıq formaya keçir" — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Bütün Xəbərlər