ABŞ və İsrailə qarşı “ÇİN SƏDDİ”: Müharibənin gizli oyunçusu

ABŞ və İsrailə qarşı “ÇİN SƏDDİ”: Müharibənin gizli oyunçusu
31.03.2026 13:42 Təhlil

Xarici mediada yayılan məlumatlara görə, İran ABŞ ilə istənilən danışıqlarda Çinin zəmanətini tələb edib. Bundan öncə isə  Çin ABŞ və İran arasında sülh danışıqlarının başlanması üçün uyğun şəraitin formalaşdırılmasına çağırış etmişdi.

Maraqlıdır, Çin  ABŞ, İsrail və İran müharibəsində hansı yerdə dayanır?  

Mövzunu politoloq Şakir Ağayev TodayPress TV-yə şərh edib.   


O bildirib ki, İran ABŞ-dən Çinin zəmanətini tələb edir, çünki hazırda Çin dünyanın əsas aparıcı oyunçularından biridir:   

"Şübhəsiz ki, Çinin İranda böyük maraqları mövcuddur. Çin İrana milyardlarla sərmayə yatırıb, o cümlədən Bəndər-Abbas limanına sərmayə qoyub. Bundan əlavə, İranın əsas neft alıcısı da Çindir. Hörmüz boğazından keçən əsas tankerlər Çinə məxsus neft tankerləridir, yəni İrandan ixrac olunan neftin böyük hissəsi Çinə gedir". 

Analitik hesab edir ki, ABŞ-nin Çinlə münasibətlərin pisləşməsini istəmədiyini İran yaxşı bilir:  

"Əgər Çin bir güc olaraq ABŞ-dən  zəmanət alarsa, bu gələcəkdə İran üçün böyük əhəmiyyət daşıya bilər. Çünki söhbət Çinin İrana yatırdığı böyük sərmayələrdən gedir. Çin bu münaqişənin mərkəzində gözəgörünməz şəkildə iştirak edir. İlk baxışdan aktiv şəkildə münaqişəyə qarışmadığı görünə bilər, amma heç kəsdə şübhə yaratmır ki, keçən il 12 günlük müharibədən – İsrail, Amerika və İran qarşıdurmasından – sonra İranın silah ehtiyatlarını artırmasında, yeni hava hücumundan müdafiə sistemlərini modernləşdirməsində Çinin müstəsna rolu olub".

Şakir Ağayevin qənaətincə, Çin üçün əsas prioritet müharibənin başa çatmasıdır: 


"Həm iqtisadi, həm siyasi, həm də logistik baxımdan İran rejiminin mövcudluğu və ABŞ-nin tam nəzarətinə keçməməsi Çin üçün çox əhəmiyyətlidir, hətta həyati əhəmiyyət daşıyır. Burada söhbət yalnız enerji resurslarından getmir; Hörmüz boğazı və gələcəkdə Çinin "Bir kəmər, bir yol" layihəsinin taleyi də müzakirə mövzusudur. Yəni logistik maraqlar əsas rol oynayır. Buna görə də, baxmayaraq ki, ilk baxışda Çin aktiv görünmür, əslində Çin münaqişənin ortasındadır və sözsüz ki, İran tərəfini dəstəkləyir. Çin üçün müharibənin başa çatması və İranın məğlub olmaması vacibdir”.   

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raketlər atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Bütün Xəbərlər