"Cırtdan dövlət" MÜHARİBƏYƏ QOŞULUR? - Bəşər Əsəddən sonra növbə...

"Cırtdan dövlət" MÜHARİBƏYƏ QOŞULUR? - Bəşər Əsəddən sonra növbə...
23.02.2026 13:34 Təhlil

Qətər Silahlı Qüvvələri Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında artan hərbi gərginlik fonunda müharibəyə hazırlaşır. Bu barədə İsrailin "KAN" telekanalı məlumat yayıb.

Kanal Qətərin regional müharibə ssenarisinə hazırlaşdığını və xəbərdarlıq sistemlərinin sınaqdan keçirilməsini başa çatdırdığını bildirib.  

Bəs Qətər mümkün ABŞ-İran münaqişəsinə qoşula bilərmi?  

Sözügedən mövzunu TodayPress TV-yə politoloq Rufiz Hafizoğlu şərh edib.  


O, qeyd edib ki, bu gün regionda çox ciddi böhran yaşanır və bu böhran müxtəlif amillərdən qaynaqlanır:

"Burada həm İsrailin aqressiv siyasəti, həm də İranın proksi qüvvələr vasitəsilə regionda gərginliyi artırması və paralel şəkildə nüvə proqramını inkişaf etdirməsi amili var. Artıq bunun nəticələrini görürük". 

Ekspert vurğulayıb ki, Qəzzada “Əqsa tufanı” başlayandan sonra yeni Yaxın Şərqin formalaşması məsələsi gündəmə gəlib. Bu proses eyni zamanda yeni dünya düzəninin başlanğıcı kimi də qiymətləndirilir. Bunun müsbət və ya mənfi olması ayrıca müzakirə mövzusudur.


Analitikin fikrincə, hazırda BMT struktur olaraq öz funksiyalarını tam yerinə yetirə bilmir. Dünya müəyyən mənada İkinci Dünya müharibəsi öncəsi dövrünü xatırladır. O zaman mövcud olan Millətlər Liqası da effektiv deyildi və nəticədə buraxıldı.

"Regionda maraqlar toqquşur: bir tərəfdə ABŞ və İsrail, digər tərəfdə isə İran və onun proksi qüvvələri — İraq, Livandakı “Hizbullah”, husilər dayanır. Vaxtilə Bəşər Əsəd rejimi də bu sırada idi", - o deyib.

SADƏCƏ İDDİA...

Ekspert diqqətə çatdırıb ki, Qətərin müharibəyə hazırlaşması iddiaları inandırıcı görünmür: 

"Qətər kiçik dövlətdir və əhalisinin böyük hissəsi əcnəbilərdir. Üstəlik, ölkədə ABŞ və Türkiyənin hərbi bazaları var. Buna görə Qətərin təkbaşına müharibəyə hazırlaşması real görünmür. Bununla belə, Qətər bu gün Yaxın Şərqdə kifayət qədər təsirli diplomatik oyunçudur və Misirlə Birləşmiş Ərəb Əmirlikləri səviyyəsində fəal mövqe tutur".

ABŞ-İRAN QARŞIDURMASI OLARSA... 

Analitik “ABŞ və İran arasında hərbi münaqişə baş verərsə, Qətər hədəfə çevrilə bilərmi?” sualına belə aydınlıq gətirib:


“Bir müddət əvvəl İsrailin Qətərdə HƏMAS rəhbərliyinə qarşı uğursuz sui-qəsd cəhdi olmuşdu. Bundan sonra ABŞ açıqladı ki, Qətərə hücum ABŞ-yə hücum kimi qiymətləndiriləcək. Bu mövqe Qətərin mümkün qarşıdurmada açıq şəkildə ABŞ tərəfdə yer almasını təmin etməyə yönəlmiş addım kimi görünür". 

R.Hafizoğlu sonda bildirib ki, İranla ABŞ və ya İsrail arasında hərbi qarşıdurma ehtimalı qalır. Bunun nə vaxt və hansı formada baş verəcəyi bəlli deyil. Lakin İranın proksi qüvvələri zərərsizləşdirilmədən birbaşa qarşıdurmanın çətin olacağı aydındır. Son proseslər də göstərir ki, bölgədə baş verən hadisələr heç də təsadüfi deyil. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Bütün Xəbərlər