Bəhruz Məhərrəmov: "Rusiya repressiya təfəkküründən qopa bilməyib"

Bəhruz Məhərrəmov: "Rusiya repressiya təfəkküründən qopa bilməyib"
29.06.2025 14:30 Təhlil

"Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə keçirdiyi xüsusi əməliyyatı zamanı soydaşlarımızın öldürülməsi, bəzilərinin ağır bədən xəsarətləri alması və 9 nəfərin saxlanılması heç bir halda cinayətkarlıqla mübarizə kimi təqdim oluna bilməz".

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, baş verənlər əksinə, dövlət strukturları tərəfindən törədilən cinayətdir:

"Rusiya güc strukturlarının gecə vaxtı dinc insanları evindən aparıb öldürməsi, yaralaması, beş il əvvəl Ermənistanın Gəncədə mülki sakinlərin yaşadığı binanı raket atəşinə tutması ilə mahiyyətcə eyni məzmuna gəlir. Bu hadisə Rusiyanın hələ də sovet totalitarizminin repressiya təfəkküründən qopa bilmədiyini və terrorla cəmiyyətlər üzərində nüfuz qurmağa çalışdığını göstərir".

Deputat qeyd edib ki, Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına əsaslanan, dostluq və əməkdaşlığa söykənən münasibətlərin tərəfdarı olaraq Rusiya ilə daim sülh şəraitində işləməyə çalışıb. Onun sözlərinə görə, Azərbaycan heç vaxt Rusiya əleyhinə yönələn proseslərdə iştirak etməyib və öz ərazilərindən Rusiya əleyhinə fəaliyyətlərə imkan verməyib.

"Bütün bu niyyətlərə baxmayaraq, Rusiyanın qonşuluq və dostluq münasibətlərinə zidd şəkildə davranması başadüşülən deyil və Moskva əmin ola bilər ki, bu cür barbar hərəkətlərlə ən azı Cənubi Qafqazda öz maraqlarına zərbə vurur”.

Bəhruz Məhərrəmov xatırladıb ki, Azərbaycan və Rusiya arasında 22 fevral 2022-ci il tarixində imzalanan Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədə Moskva bu münasibətlərin bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə sadiqliyini ifadə edib. Həmin sənədə görə, tərəflər diaspor təşkilatlarının fəaliyyətini təşviq etməyi, anlaşılmazlıqların qarşısının alınması üçün Xarici İşlər Nazirlikləri xətti ilə daimi məsləhətləşmələr mexanizmi yaratmağı öhdələrinə götürüblər.

"Belə məqamda sual meydana çıxır ki, bu kimi razılaşmaların və mexanizmlərin mövcud olduğu halda Rusiya güc strukturlarının “quldurcasına” davranışının təməlində nə dayanır, Azərbaycan nə vaxt Rusiya üçün müzakirə pəncərəsini bağlayıb? Biz hər zaman dialoqa hazır olmuşuq. Əgər Rusiyanın bu məsələdə “mövzusu” varsa, onu müzakirə etmək əvəzinə qaba üsullara əl atması dərin təəssüf doğurur”, - deyə deputat əlavə edib.

Bəhruz Məhərrəmov sonda qeyd edib ki, hazırda beynəlxalq aləmdə təklənən vəziyyətdə olan Rusiya öz maraqlarını yalnız praqmatik və rasional siyasət yolu ilə qoruya bilər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUN 2026
Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 Bütün Xəbərlər