"Avropa sözdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da..." - Ramiz Yunus AÇIQLADI

"Avropa sözdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da..." - Ramiz Yunus AÇIQLADI
21.12.2025 21:18 Təhlil

“Avropa İttifaqı və NATO-nun müasir böhranı adətən Rusiya–Ukrayna müharibəsi, avtoritar rejimlərin güclənməsi, qlobal iqtisadi qeyri-sabitlik və ABŞ Prezidenti Donald Trampın siyasətə geri dönməsi kimi xarici faktorlarla izah olunur. Lakin bunlar problemin kökünü gizlədir. Avropa böhranı təkcə “dünyanın pisləşməsi” ilə bağlı deyil —o, tarixə, geosiyasətə və güc mübarizəsinə hazır olmayıb”.

TodayPress TV xəbər verir ki, bunu Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” hesabında yazıb.

O qeyd edib ki, Ukrayna müharibəsi Avropa üçün güclü təkan olsa da, böhranın əsas səbəbi deyil.

Politoloqun fikrincə, bu münaqişə Avropanın strateji yetkinlik çatışmazlığını, fikir azadlığının daralmasını və əxlaqi sxemlərdən kənar düşünə bilməməsini üzə çıxarıb. Ramiz Yunus vurğulayıb ki, Cənubi Qafqaz, xüsusilə Azərbaycan–Ermənistan münaqişəsi kontekstində Avropanın sistemli siyasət səhvlərinin açıq nümunəsidir.

“Tarixin sonu” və Fukuyamanın səhvi

Ramiz Yunus bildirib ki, Soyuq müharibədən sonra Avropa Frensis Fukuyamanın “Tarixin sonu və son insan” əsərində irəli sürülən “postgeosiyasi dünya” ideyasına inanıb:

"Həmin yanaşmaya görə liberal demokratiya və bazar iqtisadiyyatı ideoloji mübarizənin sonunu ifadə edirdi. Tarix bitmədi. Qərb özünü qalib sayaraq reallığı düzgün qiymətləndirmədi və uzunmüddətli strategiya qura bilmədi. Bu yanlışlıq yeni soyuq müharibəyə, silahlanma yarışına və qlobal gərginliyin artmasına gətirib çıxardı. Avropa normativ aktor kimi çıxış etsə də, real geosiyasi güc aktoru ola bilmədi”.

NATO, ABŞ və avropalıların avtonomiya illüziyası

Ramiz Yunus vurğulayıb ki, NATO-nun böhranı Avropanın təhlükəsizliyinin hələ də böyük ölçüdə ABŞ-dən asılı olduğunu göstərdi:

“Donald Tramp bu asılılığı yaratmadı, sadəcə onu açıq şəkildə gündəmə gətirdi. Avropa isə vahid xarici siyasət formalaşdıra bilmədi və ABŞ-nin dəstəyi olmadan qətiyyətli addımlar atmağa hazır olmadığını nümayiş etdirdi”.

Ukrayna: səbəb yox, simptom kimi

Professor Avropanın Ukrayna müharibəsinə yanaşmasını daxili ziddiyyətlərin göstəricisi kimi dəyərləndirib. Bildirib ki, Avropa İttifaqı hüquq və dəyərlər dilində danışsa da, münaqişənin sonunda nə istədiyini və hansı rolu oynayacağını müəyyənləşdirə bilmir. Sanksiya siyasəti reaktiv xarakter daşıyır və strateji yanaşma ilə müşayiət olunmur. Bu isə Avropanın əxlaqi bəyanatlar, eskalasiya qorxusu və iqtisadi maraqlar arasında qaldığını göstərir.

Cənubi Qafqaz: Avropanın subyektliyini itirdiyi region

Analitik qeyd edib ki, Avropa regionda formal mövcuddur — missiyalar, bəyanatlar və təşəbbüslər var, lakin real strategiya yoxdur. Cənubi Qafqazın periferik və Rusiyanın təsir dairəsi kimi qəbul edilməsi, “dondurulmuş münaqişələrin” isə təxirə salınması Avropanın əsas səhvlərindəndir.

O, region ölkələrinə yanaşmada üç əsas yanlışlı vurğulayıb: 

“Gürcüstan üçün təhlükəsizlik zəmanəti olmadan Avrointeqrasiya illüziyası, Ermənistan üçün asılılıq və viktimizasiya təşviqi, Azərbaycan üçün isə yalnız enerji resurslarına endirilmiş və obyektivlikdən uzaq münasibət yanlışdır”.

Azərbaycan və beynəlxalq hüququn paradoksu

Politoloq xatırladıb ki, Qarabağ əraziləri beynəlxalq hüquqa görə həmişə Azərbaycanın tərkib hissəsi olub:

“BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ölkənin ərazi bütövlüyünü təsdiqləyir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edirdi. Rəsmi Bakı onilliklər ərzində beynəlxalq hüquqa və diplomatik danışıqlara sadiqlik nümayiş etdirib”.

Suverenliyin bərpası və ərazi bütövlüyü

Professor diqqətə çatdırıb ki, 2020-ci il İkinci Qarabağ müharibəsi Azərbaycanın işğal olunmuş ərazilər üzərində nəzarəti bərpa etməsinə imkan verdi. Bu qələbə ölkənin regiondakı mövqeyini möhkəmləndirdi və beynəlxalq nüfuzunu artırdı.

Sülh prosesi və dialoqa hazır olmaq 

Ekspertin fikrincə, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. O vurğulayıb ki, 2020-ci ildən sonra yaranmış yeni reallıq rəsmi Bakıya diplomatik müstəvidə üstünlük qazandırıb. ABŞ Prezidentinin iştirakı ilə Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin görüşü və sülh müqaviləsinin maddələrinin paraflanması bunun aydın göstəricisidir. Eyni zamanda Azərbaycan infrastrukturun bərpasını, qaçqınların geri qayıdışını və təhlükəsizlik təminatını dəstəkləyir.

Avropanın ikili standartları

Ramiz Yunus bildirib ki, Avropa sözdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, əməldə Ermənistan tərəfinin köhnə narrativlərini dəstəkləyir və 2020-ci ildən sonra formalaşan reallığı qəbul etmir. 1990-cı illərin xəritə və terminologiyasından istifadə Avropanın obyektiv vasitəçi kimi etimadını zəiflədir və Azərbaycan cəmiyyətində ədalətsizlik hissi yaradır.

Nəticə: Avropa öz narrativlərinin əsiridir

Professor əlavə edib ki, Avropa beynəlxalq hüquqdan seçici şəkildə danışır, sülhdən bəhs edir, amma nəticələrə hazır deyil. Cənubi Qafqaz isə strategiyasız əxlaqçılığın və adaptasiya edə bilməmənin güzgüsünə çevrilib. Onun sözlərinə görə, dünya tarixə qayıdıb, Avropa isə hələ də artıq bitmiş bir dövrdə yaşayır.

Ramiz Yunus sonda qədim dövr Çin filosofu və mütəfəkkiri Konfutsinin sözlərini xatırladıb:

“Gələcəyi müəyyən etmək istəyirsənsə, keçmişi öyrən. Əgər sən zülmü (şəri) görür və heç nə etmirsənsə, deməli, həmin zülmün özüsən”.

Qiymət Mahir

TodayPress TV 

XƏBƏR LENTİ
30 IYUL 2026
İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Bütün Xəbərlər