Arktika uğrunda mübarizə: Qrenlandiya niyə Vaşinqtonun diqqətindədir?

Arktika uğrunda mübarizə: Qrenlandiya niyə Vaşinqtonun diqqətindədir?
05.01.2026 16:54 Təhlil

ABŞ Prezidenti Donald Tramp bunu "The Atlantic" jurnalına müsahibəsində deyib ki, ABŞ-nin müdafiə üçün Qrenlandiyaya nəzarət etməsinə ehtiyacı var.


"Şübhəsiz, Qrenlandiya bizə müdafiə üçün lazımdır", - Amerika lideri qeyd edib.

Maraqlıdır, Trampın mövcud açıqlamaları fonunda Qrenlandiyanın işğalı nə dərəcədə realdır?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tamilla Qulami bildirib ki, bu gün dünyada hüququn deyil, gücün hökmü keçərlidir və dövlətlər qərarlarını hüquqi çərçivədən çox, siyasi və milli maraqlar prizmasından çıxış edərək verirlər:


“Təəssüflər olsun ki, dünya gündəminə nəzər saldıqda qanunun güc olmadığı, əksinə, gücün qanuna çevrildiyi aydın görünür. ABŞ Prezidenti Donald Trampın bu tip fikirlər səsləndirməsi də məhz bu yanaşmanın bariz nümunəsidir”.

Politoloq qeyd edib ki, hazırkı geosiyasi və hüquqi reallıqlar fonunda Qrenlandiya ilə bağlı səsləndirilən ssenarilərin praktik müstəvidə reallaşması o qədər də real görünmür: 

“Qrenlandiya Danimarka Krallığının tərkibində olan muxtar ərazidir. Daxili idarəetmədə geniş səlahiyyətlərə malik olsa da, xarici siyasət və müdafiə məsələlərində əsas qərarverici tərəf Danimarkadır. Bu da hər hansı radikal ssenarinin qarşısını alan əsas hüquqi mexanizmdir”. 

T.Qulami Venesuela nümunəsinə də toxunaraq bildirib ki, bu presedent beynəlxalq hüquq baxımından ciddi suallar doğurur:

“Sual yarana bilər ki, BMT və Beynəlxalq Cinayət Məhkəməsinin Nikolas Maduro ilə bağlı qərarı olmadığı halda ABŞ Venesuelaya necə müdaxilə edə bildi və prezidentlə onun yaxın çevrəsini ələ keçirdi? Doğrudur, Venesuela xalqı Maduronun diktator idarəçiliyindən əziyyət çəkirdi, ABŞ onu qeyri-legitim prezident elan etmişdi və ölkə daxilində də onun həbsini alqışlayan aksiyalar keçirilirdi. Lakin bütün bunlara baxmayaraq, bir dövlətin başqa bir dövlətin taleyini müəyyənləşdirməsi beynəlxalq hüquqa ziddir və xüsusilə imperialist təfəkkürlü dövlətlər üçün təhlükəli presedent yaradır”.

Ekspert vurğulayıb ki, Qrenlandiya məsələsində ictimai mövqe Venesueladan tamamilə fərqlidir:


“Qrenlandiyalılar venesuelalılardan fərqli olaraq, Trampın bu fikirlərini və bəyanatlarını qətiyyən dəstəkləmirlər”.

Politoloqun sözlərinə görə, ABŞ-nin Qrenlandiyaya marağı yeni deyil və bu maraq sırf geostrateji amillərlə bağlıdır:

“Adanın Arktika bölgəsində yerləşməsi, Rusiya və Çin kimi güclərin fəallaşmağa çalışdığı bir coğrafiyada strateji mövqeyə malik olması Vaşinqton üçün ciddi hərbi əhəmiyyət daşıyır. Üstəlik, ABŞ-nin Qrenlandiyada hərbi bazası mövcuddur və bu, NATO çərçivəsində Danimarka ilə razılaşdırılmış əməkdaşlıq əsasında fəaliyyət göstərir”.

T.Qulami əlavə edib ki, Qrenlandiya əhalisinin böyük əksəriyyəti ABŞ-nin tərkibinə qatılmaq niyyətində deyil:

“Bu mövqe NATO çərçivəsində Danimarka ilə bağlanmış razılaşmalarla da qorunur. Həm Danimarka, həm də Qrenlandiya hökumətləri dəfələrlə bəyan ediblər ki, ada satılmır və onların suverenliyi hər hansı formada təhdid altında ola bilməz”.

Analitikin fikrincə, Trampın açıqlamaları daha çox siyasi ritorika və strateji mesaj xarakteri daşıyır:

“Tramp seçki ərəfəsində daha çox daxili auditoriyaya yönəlik mesajlar verib və diqqətini daxili məsələlərə ayıracağını bəyan edib. Bu ritorika həm ABŞ seçicisinə güclü müdafiə mesajı vermək, həm də Arktika bölgəsində artan rəqabətə diqqət çəkmək məqsədi güdür”.

T.Qulami hesab edir ki, mövcud reallıqlar fonunda ABŞ-nin Qrenlandiyaya qarşı real hərbi müdaxilə və ya işğal planı gündəmdə deyil:

“Dünya artıq hüquqi deyil, güc prizmasından idarə olunsa da, yenə də düşünmürəm ki, ABŞ tərəfindən Qrenlandiyaya qarşı hər hansı real hərbi müdaxilə və ya işğal ssenarisi baş tuta bilər”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Bütün Xəbərlər