Aİ-nin Ermənistandakı missiyası bir daha ifşa olundu...

Aİ-nin Ermənistandakı missiyası bir daha ifşa olundu...
11.06.2025 18:51 Təhlil

"Avropa İttifaqının (Aİ) Ermənistanla sərhəddə yerləşdirdiyi müşahidə missiyası regionda sülhün və sabitliyin təmin olunmasından çox, gərginliyi artıran amilə çevrilib".

Politoloq Zaur İbrahimli bunu TodayPress TV-yə danışarkən deyib.

O xatırladıb ki, 2022-ci ildə Azərbaycan, Ermənistan tərəfindən gələn əsassız iddiaların qarşısını almaq və sülh niyyətini nümayiş etdirmək məqsədilə, Aİ-nin 40 nəfərlik müşahidə missiyasının müvəqqəti yerləşməsinə razılıq vermişdi.

"Bu addım, Ermənistanın beynəlxalq platformalarda apardığı “Azərbaycan yenidən müharibəyə başlayacaq” təbliğatını puç etmək məqsədi daşıyırdı. Lakin 2023-cü ilin əvvəlində vəziyyət dəyişdi. İttifaq Azərbaycanın razılığı olmadan, Ermənistanın təklifi ilə müşahidə missiyasını 2 illik müddətə yerləşdirdi və bu müddət daha sonra 2027-ci ilə qədər uzadıldı. Artıq 200 nəfərlik bu missiyaya Kanada nümayəndələri də daxil edilib və müxtəlif mənbələrdə onların bölgədə kəşfiyyat xarakterli fəaliyyət apardıqları barədə iddialar səslənir. Müşahidəçilərin əksəriyyətinin keçmiş hərbi qulluqçular və xüsusi təyinatlılardan ibarət olması da bu narahatlıqları gücləndirir”.

Analitikin sözlərinə görə, bu missiyanın fəaliyyəti, mandatının qeyri-müəyyənliyi və tərkibinin spesifikliyi narahatlıq doğurur. Çünki missiyaya rəhbərlik edən şəxs Fransanın jandarm sistemindən çıxmış keçmiş hərbi qulluqçudur və faktiki olaraq müşahidə missiyası Avropa İttifaqından çox Fransanın nəzarətində fəaliyyət göstərir. Bu isə obyektivlik və tərəfsizlik məsələsində ciddi suallar yaradır.

“Müşahidə missiyası artıq legitimliyini itirib. Həmçinin Azərbaycan ictimaiyyətində müşahidə missiyasının fəaliyyətinə qarşı artan narahatlıq da təsadüfi deyil. Bu missiyanın Azərbaycan ərazilərini açıq şəkildə binoklla müşahidə etməsi cəmiyyətdə qıcıq doğurur və missiyanın obyektivliyi ilə bağlı şübhələri artırır. Daha da narahatedici məqam isə odur ki, müşahidə missiyasının fəaliyyəti regionda tərəflər arasında yaranmış kövrək etimad mühitini təhlükə altına alır. Əgər bu missiyanın hesabatları birtərəfli şəkildə hazırlanarsa, bu, illərlə əldə edilən razılaşmaların puç olmasına səbəb ola bilər. Həm Ermənistan rəhbərliyi, həm də Aİ bu müşahidə missiyasının regionda etimad mühitinə zidd fəaliyyəti ilə bağlı məsuliyyət daşıyır və bu məsələyə aydınlıq gətirməlidirlər".

Politoloq bildirib ki, müşahidə missiyasının kəşfiyyat fəaliyyəti ilə bağlı yayılan məlumatlara İttifaq indiyə qədər nə konkret təkzib, nə də sübutlarla cavab verib. Belə bir şəraitdə müşahidə missiyasının Ermənistanda qalması, regionun digər ölkələri tərəfindən də öz maraqları üçün istifadə olunmaqda davam edir:

"Aİ sülh və sabitlikdə həqiqətən maraqlıdırsa, bu missiyanın fəaliyyəti dərhal dayandırılmalı, ya da mandatı tam aydınlaşdırılmalı və şəffaf şəkildə yenidən formalaşdırılmalıdır. Əks təqdirdə, bu missiya regionda etimad quruculuğu yox, daha çox geosiyasi intriqaların alətinə çevriləcək", - deyə Zaur İbrahimli fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarov ölkəsinin Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Azərbaycanın haqlı narahatlığı barədə məlumatlı olduğunu bildirib. Onun sözlərinə görə, bu qondarma missiyanın əməkdaşlarının nə ilə məşğul olduğu yaxşı məlumdur. Onlar Ermənistanın qonşu ölkələri barədə casusluq edirlər.

Töhfə Səməd

FOTOLAR

Aİ-nin Ermənistandakı missiyası bir daha ifşa olundu... — 1
XƏBƏR LENTİ
03 AVQUST 2026
Ötən ay 8012,7 hektar ərazi minalardan təmizlənib 15:48 XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub 15:53 Ankaranın dənizdəki kozırı - Səssiz, amma ölümcül güc 15:48 SOCAR AÇG layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını aldı 15:41 "Sabah"ın UEFA Avropa Liqasında potensial rəqibləri müəyyənləşdi 15:22 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçildi 15:15 Zelenski Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etmək niyyətindədir 15:05 “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq 14:37 İsraildə təcili səfərbərlik - 240 min hərbçi geri çağırıldı 14:37 Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi 14:30 ÇL: “Sabah”ın potensial rəqibi bəlli oldu - YENİLƏNDİ 14:11 Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək 14:06 Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqləndi 13:56 İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi 13:38 Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımını nəzərdə tutan Protokol təsdiqləndi 13:18 Vəzifəli şəxslər həbs olundu 13:15 Gənc cüdoçularımız Skopyedə uğur üçün tatamiyə çıxacaq 13:10 "Xalq düşməni" damğasını atıb gəlmişəm bura..." - Heydər ƏIiyevlə təsadüfi görüş 13:06 Sabah Azərbaycanda neçə dərəcə isti olacaq? - AÇIQLANDI 12:48 Azərbaycan XİN Pakistana başsağlığı verdi 12:45 Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - VİDEO 12:23 “Formula-1”də gündəm: “Mersedes”dən gözlənilməz qərar 12:19 Kartdan karta köçürməyə limit qoyuldu - Rəsmi reaksiya 12:16 Van Qal yenidən Niderland millisinin sükanı arxasında? 12:08 Jurnalistdən sensasion iddia: Karri nəzarətdə saxlanılır 12:06 Bütün Xəbərlər