ABŞ-yə real cavabı kim verəcək? - Güclər toqquşur!

ABŞ-yə real cavabı kim verəcək? - Güclər toqquşur!
08.01.2026 17:41 Təhlil

Rusiyanın milliyətçi yazarı və siyasətçisi Zaxar Prilepinin ABŞ ilə bağlı səsləndirdiyi sərt ritorika yeni müzakirələrə yol açıb. O, “Biri bu ölkədə çıxıb ABŞ-yə cavab verəcək, yoxsa qorxaq kimi susacaqlar?” deyə sual verərək, Vaşinqtona qarşı açıq meydan oxuma çağırışı edib. 


Bu bəyanat fonunda əsas sual aktuallaşır: ABŞ-yə real və effektiv şəkildə qarşı çıxa biləcək ən böyük güc hansı ölkə ola bilər?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Tural İsmayılov bildirib ki, rusiyalı yazıçı Zaxar Prilepinin səsləndirdiyi fikirlər əsasən daxili siyasi auditoriyaya hesablanmış ritorikadır və beynəlxalq münasibətlərin real şərtləri fonunda mürəkkəb prosesləri sadələşdirir:


“ABŞ-yə cavab vermək” konsepsiyası emosional baxımdan cəlbedici səslənsə də, praktik və strateji müstəvidə ciddi məhdudiyyətlərə malikdir. Beynəlxalq siyasətdə emosiyalar deyil, real güc balansı və obyektiv imkanlar həlledici rol oynayır”.

Politoloqun sözlərinə görə, reallıqda ABŞ-yə qarşı effektiv balans yarada biləcək yeganə güc Çin Xalq Respublikasıdır və bu yanaşma ideoloji deyil, obyektiv göstəricilərə əsaslanır:

“Çinin iqtisadiyyatı nominal göstəricilər üzrə dünyada ikinci, satınalma qabiliyyəti pariteti üzrə isə artıq birinci yerdədir. Ölkənin ümumi daxili məhsulu 18 trilyon dolları ötür və davamlı artım nümayiş etdirir. Süni intellekt, 5G texnologiyaları, kosmik proqramlar və qabaqcıl istehsal sahələrində Çin artıq ABŞ ilə rəqabət apara bilən səviyyəyə çatıb”.

Tural İsmayılov qeyd edib ki, Çinin strateji üstünlükləri yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır:


“1,4 milyardlıq əhali, geniş daxili bazar və qlobal infrastruktur şəbəkəsi Çinə uzunmüddətli və sistemli strategiyalar qurmaq imkanı verir. Hərbi sahədə də son onillikdə qabaqcıl silah sistemləri, hərbi-dəniz qüvvələri və kibertəhlükəsizlik istiqamətlərində ciddi irəliləyişlər müşahidə olunur. Əsas fərq ondadır ki, Çin bu prosesi açıq konfrontasiya deyil, strateji rəqabət çərçivəsində aparır”.

Ekspert vurğulayıb ki, Rusiya ABŞ-yə alternativ qlobal güc mərkəzi olmaq üçün zəruri iqtisadi və texnoloji bazaya malik deyil:


“Rusiya iqtisadiyyatının əsası enerji ixracıdır və ölkənin ÜDM-i təxminən 2 trilyon dollar səviyyəsindədir. Bu göstərici ABŞ-nin 25 trilyon dollarlıq iqtisadiyyatı və ya Çinin miqyası ilə müqayisədə xeyli zəifdir. İtaliya və ya Kanada ilə eyni iqtisadi kateqoriyada olmaq qlobal güc rəqabəti üçün kifayət etmir”.

Analitik əlavə edib ki, texnoloji innovasiya göstəriciləri də bu reallığı açıq şəkildə təsdiqləyir:

“Rusiya hərbi texnologiyalar və kosmik sahədə müəyyən potensiala malik olsa da, kommersiya texnologiyaları, rəqəmsal iqtisadiyyat və süni intellekt kimi sahələrdə ciddi geriləmə var. Qlobal texnologiya şirkətləri sıralamasında rus şirkətlərinin faktiki olaraq yer almaması bu ölkənin ‘soft power’ imkanlarının da zəif olduğunu göstərir”.

Analitikin fikrincə, Prilepin kimi milliyətçi fiqurların ritorikası daxili auditoriyanın səfərbər edilməsi üçün işlək ola bilər, lakin real geosiyasi hesablamalarda emosiyalar deyil, konkret resurslar və imkanlar önəmlidir:

‘Qorxaq kimi susmaq” kimi ifadələr populist səslənir. Halbuki beynəlxalq münasibətlərdə məsuliyyətli dövlətçilik milli maraqların rasional şəkildə qorunmasını tələb edir, emosional reaksiyaları deyil”.

Ekspert hesab edir ki, uzunmüddətli sabitlik və inkişaf üçün əsas prioritetlər regional nüfuzun möhkəmləndirilməsi, iqtisadiyyatın diversifikasiyası, texnologiya transferi və Avropa ilə Asiya ölkələri arasında balanslı münasibətlərin qurulmasıdır:

“Çinlə strateji tərəfdaşlıq vacibdir, lakin bu münasibətlərdə balansın qorunması əsas şərtdir. Bir tərəfdən asılılıq yaratmaq milli maraqlara zidd ola bilər”.

Tural İsmayılov beynəlxalq münasibətlərin çoxtərəfli xarakterinə də diqqət çəkib:

“ABŞ-yə qarşı birmənalı və birbaşa ‘cavab vermək’ strategiyası digər qlobal və regional aktorlarla münasibətləri mürəkkəbləşdirir. Avropa İttifaqı, Hindistan, Yaponiya, Cənub-Şərqi Asiya ölkələri öz maraqlarına uyğun balanslı siyasət yürüdürlər. Onları bipolyar dünyagörüşünə sıxışdırmaq əks nəticə verə bilər”.

Sonda politoloq vurğulayıb ki, ABŞ-yə alternativ qlobal güc mərkəzi ola biləcək yeganə ölkə Çindir və bu, ideoloji deyil, obyektiv reallıqdır:

“Rusiya regional güc statusunu qoruya bilər, lakin qlobal hegemonluq yarışında iştirak etmək üçün zəruri iqtisadi, texnoloji və struktur baza çatışmır. Populist ritorika daxili auditoriya üçün cəlbedici olsa da, real siyasətdə faktlar və imkanlar həlledici rol oynayır”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Bütün Xəbərlər