Lavrovdan "Xəzər Beşliyi" iddiası: Qərb təhlükəsi, Volqa siyasəti...

Lavrovdan "Xəzər Beşliyi" iddiası: Qərb təhlükəsi, Volqa siyasəti...
16.12.2025 14:53 Təhlil

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Xəzər regionunda təsir imkanlarını artırmaq üçün “Xəzər beşliyi”nin vahid mövqeyini sarsıtmağa və konsensus mexanizmini dağıtmağa çalışır.    

Bəs Qərbin “Xəzər beşliyi”nə münasibətdə bu cür addımları regionda hansı real risklər yarada bilər? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Lavrovun çıxışı Kremlin qonşuların müstəqilliyindən narahat olduğunu göstərir:


"Sergey Lavrovun açıqlamaları Kremlin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil siyasət yürütməsindən narahat olduğunu göstərir. Rusiya rəsmiləri bir tərəfdən qonşu ölkələrin daxili işlərinə qarışmadıqlarını bəyan edir, digər tərəfdən isə Lavrov kimi yüksək vəzifəli şəxslərin çıxışları bu iddianın əksini faktiki olaraq təsdiqləyir".

Ekspert qeyd edib ki, Qərblə yaxınlaşma və bərabərhüquqlu xətt Kremlə görə təsir itkisi deməkdir:

"Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri həm region dövlətləri, həm də ABŞ və Avropa İttifaqı ilə sıx əməkdaşlıqda maraqlıdırlar. Bu, həmin ölkələrin, o cümlədən Azərbaycanın təbii haqqıdır. Mərkəzi Asiya dövlətlərinin ABŞ və Avropa İttifaqı ilə 5+1 formatında əməkdaşlığı genişlənir və bu formatda keçirilən görüşlərin sayı artır. Məhz bu tendensiya Kreml üçün narahatlıq yaradır. Rusiyanın hakim dairələrində hesab edirlər ki, Vaşinqton və Brüssel bu vasitə ilə Cənubi Qafqazı və Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır. Bu yanaşmada müəyyən həqiqət payı var. Vaşinqton və Brüssel Rusiyanın qonşu ölkələr üzərində hegemon mövqelərini qorumasını istəmir. Eyni zamanda Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin özləri də Rusiyanın təsir alətlərindən uzaqlaşmağa çalışırlar. Bu ölkələr bərabərhüquqlu əməkdaşlığa üstünlük verirlər ki, bu da Rusiyanın imperialist dairələrinin maraqları ilə uzlaşmır. Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi isə Rusiyaya qonşu dövlətləri Moskva ilə məsafə saxlamağa vadar edib".

Analitik, həmçinin bildirib ki, "Xəzər beşliyi”nə ən böyük zərəri Rusiyanın Volqa siyasəti vurur:


"Sergey Lavrovun vurğuladığı “Xəzər beşliyi” Xəzər dənizinə sahil ölkələrinin müxtəlif sahələr üzrə əməkdaşlığını nəzərdə tutur. Bu, siyasi və ya hərbi blok deyil ki, hansısa dövlət onu parçalamağa çalışsın. Əgər “Xəzər beşliyinin” birliyinə zərər vuran tərəf varsa, bu ilk növbədə Rusiyanın özüdür. Azərbaycan Prezidenti İlham Əliyev Xəzərdə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı dəfələrlə açıqlama verib. Xəzər dənizinin su səviyyəsi ildən-ilə azalır və bunun əsas səbəblərindən biri Volqa çayından Xəzərə daxil olan su axınının süni şəkildə məhdudlaşdırılmasıdır. Rusiya Volqa çayı üzərində tikdiyi elektrik stansiyaları vasitəsilə çayın Xəzərə axınını azaldıb. Bu səbəbdən Xəzərdə su səviyyəsinin enməsi Kremlin prioritet narahatlıq mövzusu kimi görünmür".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 Bütün Xəbərlər