COP29 prezidenti: "Buzlaqların əriməsi iqlim dəyişikliyinin ən ağır nəticələrindən biridir"

COP29 prezidenti: "Buzlaqların əriməsi iqlim dəyişikliyinin ən ağır nəticələrindən biridir"
19.05.2025 13:20

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev inkişaf etməkdə olan dövlətlərdə iqlim böhranına uyğunlaşma və onun təsirlərinin yumşaldılmasına ayrılan maliyyə vəsaitlərinin həcminin əhəmiyyətli dərəcədə artırılmasına çağırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə M.Babayev “Sagarmatha Sambaad” iqlim sammiti çərçivəsində Nepalın “The Katmandu Post” qəzetinə verdiyi müsahibədə danışıb. 

O vurğulayıb ki, hazırkı maliyyələşdirmə səviyyəsi qlobal istiləşməyə qarşı effektiv mübarizə üçün kifayət etmir. 

M.Babayev xatırladıb ki, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) uzun müzakirələrdən sonra illik iqlim maliyyələşdirməsini 300 milyard dollara çatdırmaq barədə tarixi qərar qəbul edilib. 

"Lakin problemin miqyasını və iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin tələblərini nəzərə alsaq, bu, kifayət deyil. Buna görə də COP29 və COP30 komandaları iqlim investisiyalarının həcmini ildə 1,3 trilyon dollara çatdırmaq məqsədi daşıyan "Bakıdan Belenə" proqramı üzərində işləyirlər.  İnkişaf etmiş dövlətlər, beynəlxalq maliyyə institutları və çoxtərəfli inkişaf bankları ən həssas ölkələrə, o cümlədən iqlim dəyişikliyinin ağır nəticələrindən əziyyət çəkən dövlətlər sırasına daxil olan Nepala yardım göstərmək üçün bütün mövcud resursları səfərbər etməlidirlər" deyə M.Babayev vurğulayıb. 

Onun sözlərinə görə, qlobal istiləşmənin ən fəlakətli nəticələrindən biri dağlarda buzlaqların sürətlə əriməsidir:

“Bu isə bu gün Nepalda, Azərbaycanda və dünyanın bir çox digər ölkələrində baş verir. Bu, şirin su ehtiyatlarına, kənd təsərrüfatına və iqtisadiyyatın digər vacib sektorlarına mənfi təsir göstərir. Qafqaz, Pamir, And, Alp və Himalay dağlarında qar örtüyü ildən-ilə sürətlə azalır”.

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Üç ölkə “Məkkə Sazişi” imzaladı - Üzvlərdən birinə hücum edilsə... 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 Tovuzda 65 yaşlı qadın güllələndi, qardaşı oğlu tutuldu 14:28 Hörmüz boğazı ilə bağlı razılaşma əldə olundu 14:23 Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 İsrailin Türkiyəyə qarşı gizli planı ortaya çıxdı 14:11 Bayındır Avropa Liqası iştirakçısına transfer olundu! 13:48 Xameneinin səhhəti pisləşdi - İDDİA 13:39 Azərbaycanda yeni komitə yaradıldı - SƏRƏNCAM 13:24 Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Azərbaycanın Malayziyadakı səfiri geri çağırıldı 13:20 Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı 13:18 Jurnalist vəsiqəsi haqqında dəyişiklik edildi 13:12 Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilib 13:09 Media və Yayım Şurası yaradıldı 12:57 Moskvada güclü partlayış səsi: Ukrayna zərbəsi, yoxsa supersonik sınaq? - VİDEO 12:55 Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi! 12:47 Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur - SƏBƏBLƏR 12:28 UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 Erməni kilsəsi tarixində ilk: Katolikos II Qaregin məhkəmə qarşısına çıxacaq 12:20 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH 12:02 Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verdi - VİDEO 11:59 Alonsonun qərarı Okonun taleyini həll edə bilər 12:22 Bütün Xəbərlər