Belarus səfiri: İki ölkə arasında əməkdaşlığın coğrafiyası Qarabağa qədər genişlənib

Belarus səfiri: İki ölkə arasında əməkdaşlığın coğrafiyası Qarabağa qədər genişlənib
30.06.2026 20:06

Bakıda Belarus Respublikasının Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib. Tədbirdə çıxış edən Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç iki ölkə arasında strateji tərəfdaşlığın inkişafından, iqtisadi əməkdaşlığın genişlənməsindən və turizm potensialından danışıb.

TodayPress TV xəbər verir ki, səfir çıxışında Belarusun turizm imkanlarına toxunaraq bildirib ki, ölkə birtərəfli qaydada 76 dövlətin, o cümlədən Avropanın 38 ölkəsinin vətəndaşları üçün vizasız giriş rejimi tətbiq edib. 

Onun sözlərinə görə, təkcə ötən il bu imkandan 225 min avropalı istifadə edib.

Dmitri Pineviç Azərbaycan və Belarus arasında əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayaraq bildirib ki, prezidentlər Aleksandr Lukaşenko və İlham Əliyevin rəhbərliyi ilə ölkələr arasında strateji tərəfdaşlıq daha da möhkəmlənir.

“Ölkələrimiz arasında siyasi dialoq, humanitar əlaqələr və birbaşa regional təmaslar inkişaf edir. Bu isə qarşılıqlı ticarət dövriyyəsinin artmasında və birgə kooperasiya layihələrinin sayının çoxalmasında öz əksini tapır”, – deyə səfir bildirib.

Peşəcə həkim olduğunu xatırladan diplomat Belarusun tibbi turizm sahəsində də mühüm imkanlara malik olduğunu qeyd edib.

“Belarusda istirahətin üstünlüklərindən biri onun peşəkar müalicə ilə birləşdirilməsidir. Hər il 170 mindən çox xarici vətəndaş bu məqsədlə ölkəmizə müraciət edir”, – deyə o bildirib.

Səfir əlavə edib ki, Belarusda sənaye turizmi də sürətlə inkişaf edir. Hazırda 130 müəssisə, o cümlədən BelAZ, MTZ və MAZ turistlərin üzünə açıqdır. Onun sözlərinə görə, məhz bu müəssisələr Azərbaycan və Belarus arasında sənaye kooperasiyasının yüksək səviyyəsini nümayiş etdirir.

Dmitri Pineviç ötən il ərzində iki ölkə arasında intensiv siyasi və iqtisadi təmasların həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, hökumət başçılarının, baş nazir müavinlərinin, hökumətlərarası komissiyaların həmsədrlərinin, Belarus Milli Assambleyası Nümayəndələr Palatası sədrinin və bir sıra nazirlik nümayəndələrinin qarşılıqlı səfərləri baş tutub. Bundan əlavə, biznes dairələrinin nümayəndələri tərəfindən 40 qarşılıqlı səfər təşkil edilib.

Səfir vurğulayıb ki, birgə layihələrin coğrafiyası demək olar ki, bütün Azərbaycanı əhatə edir.

“Bu layihələr Bakı, Gəncə və Sumqayıtdan Şəki, Qəbələ, Ağdam, Xankəndi və bütövlükdə Qarabağa qədər geniş əraziləri əhatə edir”, – deyə diplomat qeyd edib.

Çıxışında Belarus nümayəndə heyətinin Ümumdünya Şəhərsalma Forumunda iştirakını da xatırladan səfir forumun yüksək səviyyədə təşkil olunması münasibətilə Azərbaycanı təbrik edib.

O, nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib və forumun diplomatik korpus tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb. Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyinin himayəsi altında diplomatik korpusun birgə fəaliyyətinə görə minnətdarlığını ifadə edib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
İsrailin “erməni soyqırımı” qərarına Ərdoğanın mükəmməl cavabı 22:25 Moskva vilayətində raket xəbərdarlığı elan edildi 22:28 Belarusun Müstəqillik Günü Bakıda qeyd olundu 22:13 Avropa çempionatı: Azərbaycanın cüdo millisi medallarının sayını yeddiyə çatdırdı 21:49 "Google" məhkəmədə uduzdu, media qrupları milyonlar qazandı 21:24 Rus dilinə növbəti qadağa - Siyahıdan çıxarırlar 20:48 Modi ilə Pezeşkian Yaxın Şərq və Hörmüz boğazını müzakirə etdilər - YENİLƏNİB 21:20 Venesuelada zəlzələnin acı fəsadları - Yarım milyon insan ac qala bilər... 21:15 ABŞ NATO ölkələrindən hesabat tələb edir 20:56 Bu ərazilərdə QAZ olmayacaq 20:43 Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşdü 21:03 Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR 20:26 Samir Şərifov: Ağdamda Belarusla birgə lift zavodu və quşçuluq kompleksi yaradılır 20:46 "Zirə" yoxlama oyununda "Iğdır" klubuna məğlub oldu 20:40 Türkmənistan Azərbaycanın hədiyyəsini belə qarşıladı - VİDEO 20:36 Litva ölkə tarixində ən gənc Baş nazirini SEÇDİ 20:14 Papua-Yeni Qvineya sahillərində zəlzələ oldu 20:08 Samir Şərifov: Azərbaycan və Belarus zamanın sınağından çıxmış iki etibarlı dostdur 20:09 Belarus səfiri: İki ölkə arasında əməkdaşlığın coğrafiyası Qarabağa qədər genişlənib 20:06 Türkiyə-İsrail gərginliyində Azərbaycan işığı 19:59 Kuba ABŞ ilə dialoqa hazırdır, lakin bir şərtlə... 19:48 Dünyada rekord sayda milyarder qeydə alındı - Lider... 19:31 Bakıda 30 il əvvəl törədilən qətlin istintaqı tamamlandı 19:03 Niderland ordusu 2028-ci ilədək Litvada qalacaq? - Krallıq bəyan etdi 18:21 "Sovetski"də qanunsuz sökülən evin taleyi necə oldu? 18:29 Bütün Xəbərlər