Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirildi

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirildi
17.07.2026 13:29 Daxili siyasət

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində 2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunan geniş iclas keçirilib.

TodayPress TV xəbər verir ki, iclasda Prezident İlham Əliyevin "2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" 2026-cı il 7 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin icrası, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub.

İclası giriş sözü ilə açan Baş nazir Ə.Əsədov əhali haqqında ən dolğun məlumat mənbəyi olan siyahıyaalmanın demoqrafik proseslərin obyektiv qiymətləndirilməsi və ölkənin sosial-iqtisadi inkişafının planlaşdırılması baxımından önəmini vurğulayıb.

Qeyd edilib ki, 2029-cu ildə keçiriləcək əhalinin növbəti siyahıyaalınması xüsusi tarixi əhəmiyyət kəsb edəcək:

"Çünki bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər və ölkəmizin suverenliyinin tam bərpa olunması nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisini tam şəkildə əhatə edəcək ümumrespublika əhalinin siyahıyaalınması olacaq".

Bildirilib ki, Azərbaycan Prezidentinin Fərmanının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq Tədbirlər planı təsdiq ediləcək, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Baş nazirin müavininin rəhbərliyi ilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.

Birləşmiş Millətlər Təşkilatının müvafiq tələb və tövsiyələrinə, həmçinin milli prioritetlərə əsaslanaraq təşkil ediləcək əhalinin siyahıyaalınmasının ilk dəfə rəqəmsal texnologiyalar, inzibati və geoməkan məlumatlarından istifadə edilməklə keçirilməsinin nəzərdə tutulduğu vurğulanıb.

Daha sonra Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov əhalinin siyahıyaalınmasına hazırlıq məqsədilə görüləcək işlər barədə məruzə ilə çıxış edib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında və sistemlərində olan müvafiq məlumatların Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyası istiqamətində görüləcək işlər barədə məruzə edib.

İclasa yekun vuran Baş nazir Ə.Əsədov aidiyyəti dövlət qurumlarına Prezidentin Fərmanından irəli gələn tapşırıqların, o cümlədən əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə zəruri tədbirlərin vaxtında, keyfiyyətlə və mütəşəkkil yerinə yetirilməsi barədə müvafiq tapşırıqlar verib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Körfəzdə infrastruktur böhranı: İranın hücumu Küveytin enerji bloklarını sıradan çıxardı 14:14 Azərbaycan pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirdilər 14:05 Avropadan danışırıqsa, niyə onun ölçülərindən uzaqlaşırıq? 14:00 Şənbə gününün havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:59 Hər 6 müəllimdən 1-i ikinci işdə çalışır - ABŞ-də 13:44 Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirildi 13:29 Rusiya son bir ayda Ukraynada cəmi 31 kvadrat km ərazi işğal edib və yarım milyon əsgər itirib 13:18 Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş başladı 13:08 A milli yoldaşlıq oyunu keçirəcək 13:00 Dünyanın boğulacağı üç boğaz - Yeni müharibələr bu üç nöqtədə olacaq 12:45 Rusiya Odessaya zərbə endirdi: Liman infrastrukturu hədəfə alındı 12:33 Müharibənin amansız siması: İranda son bir həftənin bilançosu açıqlandı 12:26 İranın Suriyaya zərbələrinin arxasında nə dayanır? 12:12 Putinlə Tramp bir-birinə qarşı savaşa çıxdı: İranı məğlub edə bilmirsən deyə... 12:01 Prezident bu səfirlərin etibarnaməsini qəbul etdi - YENİLƏNDİ 3 - FOTOLAR 11:39 Rusiya sabahdan Türkiyəyə qadağa tətbiq edəcək 11:51 Azərbaycan səfirliyi İrəvanın harasında olacaq? 11:36 Xəzər dənizinin səviyyəsi ildə 10 sm azalır – ARAŞDIRMA 11:22 "Mercedes" almanlara xəyanət etdi - Ürəyi "kitayski" olacaq 11:14 Hakan Fidan İranı silkələdi - VİDEO 11:05 Ali Tsokayev Macarıstanda da çempion oldu 10:58 Gizli Xidmət iş başında: Putinin qara qutusunu zəhərlədilər 10:53 14 yaşında Azərbaycanın ən böyük imperiyasını qurdu - Şah İsmayıl Xətai 10:51 Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz 10:34 Tokiodan tarixi qərar: İmperator sülaləsi ilə bağlı 79 illik qanun dəyişdi 10:27 Bütün Xəbərlər