Basketbolun kralı son səhnəni doğma şəhərində oynaya bilər

Basketbolun kralı son səhnəni doğma şəhərində oynaya bilər
19.02.2026 10:26

ABŞ Milli Basketbol Assosiasiyası (NBA) tarixinin ən böyük ulduzlarından biri sayılan Lebron Ceymsin “Klivlend Kavalyers”ə mümkün qayıdışı ilə bağlı yayılan xəbərlər basketbol ictimaiyyətində ciddi rezonans yaradıb. 


Superulduz minimal müqaviləyə razılaşsa, bu transfer demək olar ki, qaçılmaz ola bilər. Bu isə yalnız transfer xəbəri deyil, eyni zamanda Lebronun karyerasının növbəti fəlsəfi mərhələsi kimi də qiymətləndirilir.


Lebron Ceyms 2003-cü ildə NBA draftında ilk seçim kimi “Klivlend Kavalyers”ə gəldiyi gündən “seçilmiş” statusu ilə oynadı və bu yükün altından uğurla çıxmağı bacardı. Fiziki üstünlük, basketbol intellekti və liderlik keyfiyyətləri onu yalnız bir ulduz deyil, bütöv bir dövrün simvoluna çevirdi.

O, “Mayami Hit”lə qazandığı iki çempionluqdan sonra “Klivlend”ə qayıdaraq 2016-cı ildə klub tarixinin ilk NBA çempionluğunu rəsmiləşdirdi. Bu titul xüsusilə simvolik idi, çünki komanda finalda, hesabda 1:3 geridə olduğu seriyanı çevirərək tarix yazdı

Sonrakı mərhələdə “Los-Anceles Leykers”də çempionluq qazanan Lebron artıq üç fərqli klubda titul əldə edən nadir basketbolçular sırasına daxil oldu.


Lebronun ən böyük fərqləndirici xüsusiyyətlərindən biri onun uzunömürlü performansıdır. 20 ildən artıq karyeraya baxmayaraq, yüksək səviyyədə çıxış etməsi onun peşəkarlığının və fiziki hazırlığının göstəricisidir. Müasir NBA-da temp və atletizm artdıqca, onun hələ də elit səviyyədə qalması basketbol tarixində nadir hallardandır.

Minimal maaş məsələsi isə təkcə maliyyə qərarı deyil, bu, karyera prioritetlərinin dəyişməsi deməkdir. Əgər belə addım atılarsa, bu, Lebronun artıq fərdi rekordlardan daha çox miras və simvolik tamamlanma üzərində fokuslandığını göstərə bilər.


“Klivlend” Lebron üçün sadəcə klub deyil, bu, onun başlanğıcı və emosional bağlarının olduğu məkandır. Mümkün dönüş romantik final kimi qiymətləndirilə bilər. Belə ki, karyeranı başladığı şəhərdə başa vurmaq ideyası idman tarixində tez-tez rast gəlinən, lakin hər zaman böyük rezonans doğuran ssenaridir.

Eyni zamanda bu qərar basketbol strategiyası baxımından da maraqlıdır. Gənc heyətə sahib “Klivlend” üçün Lebronun təcrübəsi liderlik baxımından ciddi üstünlük ola bilər.


Qeyd edək ki, Lebron Ceyms artıq sadəcə basketbolçu deyil. O, idman mədəniyyətinin bir parçasıdır. Onun mümkün qayıdışı statistikadan daha çox simvolik məna daşıyır. Bu, həm bir dövrün tamamlanması, həm də əfsanənin öz hekayəsini necə bitirəcəyinə dair növbəti addım ola bilər.

Namiq HUN

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 Bütün Xəbərlər