40 yaşlı Kasorla yeni müqaviləsini imzaladı

40 yaşlı Kasorla yeni müqaviləsini imzaladı
13.07.2025 10:00

40 yaşlı yarımmüdafiəçi Santi Kasorla daha bir mövsüm yaşıl meydanlarda çıxış edəcək.

TodayPress TV xəbər verir ki, təcrübəli futbolçu doğma komandası “Ovyedo” ilə 2025/2026 mövsümünün sonunadək müqavilə imzalayıb.

“Ovyedo”nun yetirməsi olan Kasorla 2023-cü ildə bu kluba qayıdıb və qısa müddətdə komandanın əsas simalarından birinə çevrilib. Onun liderliyi “Ovyedo”nun uzun fasilədən sonra İspaniya La Liqasına yüksəlməsində mühüm rol oynayıb. Komanda pley-offun final mərhələsində “Mirandes” üzərində penaltilər seriyası ilə üstünlük qazanıb – 0:1, 3:1.

Xatırladaq ki, Santi Kasorla indiyədək “Vilyarreal”, “Malaqa” və “Arsenal” kimi klublarda çıxış edib. O, həmçinin İspaniya millisinin heyətində AVRO-2008 və DÇ-2012 turnirlərinin qalibi olub.

XƏBƏR LENTİ
20 AVQUST 2026
Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Bütün Xəbərlər