Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər

Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər
02.06.2026 19:09 İdman

1-3 oktyabr tarixlərində Bakı şəhərində üzgüçülük üzrə Dünya Kuboku yarışları keçiriləcək.

TodayPress TV xəbər verir ki, nüfuzlu beynəlxalq yarışın yüksək səviyyədə təşkili, iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, eləcə də beynəlxalq federasiyanın texniki və təşkilati tələblərinin yerinə yetirilməsi məqsədilə Bakı Su İdmanı Sarayında genişmiqyaslı hazırlıq işlərinə başlanılıb.

Hazırlıq dövründə idman obyektində təmir-bərpa və yenidənqurma işləri aparılacaq, yarış avadanlıqları quraşdırılacaq, texniki və inzibati zonalar yaradılacaq, həmçinin iştirakçıların, hakimlərin, beynəlxalq federasiya nümayəndələrinin, könüllülərin və Təşkilat Komitəsinin fəaliyyəti üçün zəruri infrastruktur hazırlanacaq.

Bu səbəbdən bədii gimnastika, bədii üzgüçülük, quruya tullanma məşqləri (Dry Diving), yapon döyüş növləri bölmələrinin, həmçinin Olimpiya hovuzu (50 metrlik), məşq hovuzu və su polosu hovuzunun fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

Qeyd edək ki, tətbiq olunan məhdudiyyətlər yalnız Dünya Kubokuna hazırlıq və yarışların keçirilməsi müddətini əhatə edir və daimi xarakter daşımır. Hazırlıq işləri və beynəlxalq yarış başa çatdıqdan sonra bütün bölmələrin və hovuzların fəaliyyətinin mərhələli şəkildə bərpa olunması nəzərdə tutulur. Qərar yalnız beynəlxalq idman tədbirinin təşkili ilə bağlı yaranmış təşkilati, texniki və təhlükəsizlik tələblərindən irəli gəlir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər