Rossi və Ferstappen eyni trasda? Əfsanə bu anı səbirsizliklə gözləyir!

Rossi və Ferstappen eyni trasda? Əfsanə bu anı səbirsizliklə gözləyir!
15.04.2026 14:40

“MotoGP” əfsanəsi Valentino Rossi GT yarışlarında “Formula-1” pilotu Maks Ferstappen ilə eyni trasda çıxış etməyə ümid etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Sky Sport Italy”nin yayımında  danışıb.  

Rossi, niderlandlı  pilotun digər yarış kateqoriyalarında iştirak qərarını müsbət qiymətləndirib və yaxın vaxtlarda onunla birlikdə yarışmaq istədiyini gizlətməyib:

“Qapını bir az açdım, zəmin hazırladım. Onun belə maşın sürməsini izləmək böyük zövqdür. Ümid edirəm ki, tezliklə eyni trasda olub bir neçə dövrə birlikdə keçə bilərik”, – deyə italiyalı əfsanə qeyd edib.

“GT World Challenge Europe” seriyasında artıq bir neçə ildir çıxış edən Rossi GT yarışlarının xüsusiyyətlərinə də toxunub. Onun sözlərinə görə, bu kateqoriya sürətlə inkişaf edir və burada avtomobillər həm sürətli, həm də idarəetmə baxımından çətin olduğu üçün əsl avtoidman hissini yaşamaq mümkündür.

Qeyd edək ki, Ferstappenin komandası ötən həftəsonu Fransadakı “Circuit Paul Ricard” trasında mövsümün açılış mərhələsində iştirak edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Avtobus marşrutlarına onlayn bilet satışı artıb - AYNA 10:30 Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi 10:19 Paşinyan: "Aİİ ilə əməkdaşlıq Ermənistan üçün prioritet olaraq qalır" 10:22 Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr... 10:12 Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı 09:50 Rusiyadan Ermənistana yeni yük: Qatar Azərbaycan üzərindən yola düşəcək 09:45 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 93 dolları keçdi 09:39 Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı 09:20 "Azəristiliktəchizat"dan əhaliyə xəbərdarlıq: Mənzillərdə bu işləri təcili tamamlayın 09:24 Rodrinin qərarı transfer bazarını silkələdi 09:14 Bakının bəzi ərazilərində işıq olmayacaq 09:10 Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 “Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu! 09:01 Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08:34 Səs-küylü Harden işində gözlənilməz qərar verildi 09:17 Ukraynadan 2 min kilometrlik zərbə - Anbaan video 08:29 Qara dənizdə yükdaşımalar dayanır: Dünya ərzaq böhranı təhlükəsi artır 08:19 Bütün Xəbərlər