Platini 9 qollu matça sərt reaksiya verdi: “Biz şou-biznes dünyasında yaşayırıq”

Platini 9 qollu matça sərt reaksiya verdi: “Biz şou-biznes dünyasında yaşayırıq”
13.08.2026 08:43

Fransa millisinin sabiq kapitanı və UEFA-nın keçmiş prezidenti Mişel Platini PSJ ilə “Bavariya” arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilmiş və 5:4 hesabı ilə başa çatan oyuna münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb. 

Platini yüksəkhesablı qarşılaşmanın “əsrin oyunu” adlandırılmasını düzgün hesab etmədiyini deyib. Onun sözlərinə görə, yaxşı müdafiə və qapıçının möhtəşəm seyvi də qol qədər dəyərlidir.

“Çempionlar Liqasının yarımfinalında PSJ ilə “Bavariya” arasında 5:4 hesabı ilə başa çatan ilk oyundan sonra insanlar bunu “əsrin oyunu” adlandırırdılar. Şəxsən mən cavab görüşündəki 1:1 hesablı heç-heçəni daha çox bəyəndim.

Qapıçılar ələk kimi idi, müdafiəçilər isə daha da zəif çıxış etdilər. Doqquz qol buraxıldı və biz buna “əsrin oyunu” deyirik? Biz həqiqətən də şou-biznes dünyasında yaşayırıq.

Yaxşı müdafiə oyunu və qapıçının əla seyvi vurulan qol qədər gözəldir. Bundan başqa, iki milyard insan futboldan danışır və öz emosiyalarını ifadə edir. Mən də həmin iki milyard insandan yalnız biriyəm və hər zaman haqlı olmaya bilərəm”, – deyə Platini bildirib.

Qeyd edək ki, PSJ ötən mövsüm Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Bavariya”nı 5:4 hesabı ilə məğlub edib. Cavab qarşılaşması isə 1:1 hesabı ilə başa çatıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Ermənistan hərbçisi güllələnmiş vəziyyətdə tapıldı 12:31 DİQQƏT: Metronun iş rejimi dəyişir 12:24 Bir illik sülhdən sonra ilk ünvan: NAXÇIVAN 12:12 SON DƏQİQƏ: Qardaş ölkədə şiddətli zəlzələ oldu 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 İran Trampın təyyarəsini vurmaq istəyib? - ŞOK SSENARİ 11:57 “Everton”un gənc futbolçusu mərc qalmaqalının mərkəzində! 11:47 Xocalıda insan sümüyünə bənzər qalıqlar tapıldı 11:40 Gənc şahmatçılarımızdan möhtəşəm nəticə: Avropa çempionatına yollandılar! 11:29 Tarixin ən isti avqustunu yaşayırıq 11:22 Pensiyalarla bağlı şad xəbər - Bu tarixdən... 11:09 Qatar vuruldu, iki maşinist öldü - VİDEO 10:53 Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişəcək – ŞƏRH 10:33 “Barselona” israr edir, “Mançester Siti” qiyməti qaldırır – Rodri savaşı 10:36 Başqırdıstanda "Wildberries"in böyük anbarı yanır -VİDEO 10:14 Azərbaycan dueti zirvədə: Türkiyədə bütün rəqiblərə qalib gəldilər! 10:05 Bakı - Tbilisi qatarında müəmma: Nə baş verir? 09:59 “Qarabağ” üçün böyük sınaq: “Dinamo” qarşısında geridönüş şansı 09:51 Dünya bazarında Azərbaycan nefti ilə bağlı yenilik 09:30 Bakının mərkəzində obyekt yandı, mənzillərə də ziyan dəydi 09:13 “PSJ” transfer bazarında hərəkətə keçir: üç futbolçu yoldadır 09:24 Putin mübahisəli Kuril adasına getdi: Yaponiya ilə gərginlik yenidən gündəmdə 09:00 64 komandalı dünya çempionatı ideyası gündəmdə: İnfantinodan dəstək 09:15 Sosial şəbəkələrdə emosional paylaşımlar insanlara necə təsir edir? Alimlər açıqladı 08:56 Bütün Xəbərlər