Nunyes üçün İstanbul rəqabətini “Trabzonspor” qazandı!

Nunyes üçün İstanbul rəqabətini “Trabzonspor” qazandı!
14.08.2026 15:17

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda və Uruqvay millisində çıxış edən Darvin Nunyes Türkiyənin “Trabzonspor” klubuna keçməyə yaxındır.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, Trabzon təmsilçisi futbolçunun transferi uğrunda İstanbulun “Beşiktaş” klubu ilə rəqabətdə qalib gəlib.

Nunyes avqustun 15-də Türkiyəyə gələcək. Uruqvaylı hücumçu yeni komandasında bir mövsümlük icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, “Trabzonspor” daha əvvəl “Liverpul”un sabiq hücumçusu Məhəmməd Salahı azad agent statusunda heyətinə qatdığını açıqlayıb. Nunyesə maraq göstərən “Beşiktaş” isə “Yuventus”un keçmiş forvardı Duşan Vlahoviçi transfer edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı! 16:33 Moskva Vaşinqtondan izahat istəyir: “Cavab gözləyəcəyik” 15:27 Alvares “Barselona” sözlərindən peşman oldu, amma ayrılmaq istəyindən vaz keçmədi! 16:17 Rusiya Qara dənizdə atəşkəslə razılaşmadı 15:03 İrəvan Avropa çətiri altından İranla əl sıxır - Qərb bu əməkdaşlığa niyə göz yumur? 15:02 Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!” 15:56 Batrakov “Qalatasaray”la razılaşdı, transfer üçün son addım qaldı! 15:40 Rumıniyada həyəcan: Ukrayna sərhədinə dron düşdü 14:47 Putin "kitel"ini geyindi - dünyanın gözü yeni savaş cəbhəsinə çevrildi 14:23 Bakıda böyük oyun: “Qarabağ” – “Tvente” matçını norveçlilər idarə edəcək! 15:24 Nunyes üçün İstanbul rəqabətini “Trabzonspor” qazandı! 15:17 DİN kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi 14:12 Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu 12:57 Samuxda "qara yara" həyəcandı: Kəndə xüsusi nəzarət postu qoyuldu 14:55 “Tvente” – “Qarabağ” matçında albaniyalı hakimlər ədaləti qoruyacaq! 14:49 Almaniyada dəhşətli meşə yanğını: Bütün kənd təxliyə edildi 13:45 Sabah çimərliklərdə hava necə olacaq? 12:51 Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edildi 13:11 Çənələri çürüyən qızlar: Gənc qadınların mübarizəsi əmək qanunlarının təməlini qoydu 13:06 “Barselona”da yeni transfer planı: Suares üçün yaşıl işıq yandı! 14:01 Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqləndi 13:59 Hesablama Palatasına yeni səlahiyyətlər verildi 13:55 “Dövlət auditi” informasiya sistemi yaradıldı - FƏRMAN 13:52 APL-də çempionluq savaşı: “Arsenal” rəqiblərini geridə qoydu! 13:48 Tokio Putinə görə təcili hərəkətə keçdi - NƏ BAŞ VERİR ? 12:44 Bütün Xəbərlər