MY qapıçısının sirri açıldı: Basketbol əfsanəsi onun oyun rituallarını formalaşdırıb

MY qapıçısının sirri açıldı: Basketbol əfsanəsi onun oyun rituallarını formalaşdırıb
06.12.2025 14:30

“Mançester Yunayted” klubunun qapıçısı Senne Lammens əlcəklərindəki 8 və 24 nömrələrinin Kobe Bryant ilə bağlı olduğunu bildirib. 

TodayPress TV xəbər verir ki, o bu barədə Sky Sports-a danışıb. 

“Buna qədər heç kim mənə əlcəklərimdəki 8 və 24 nömrələri barədə sual verməmişdi. Mən böyüyəndə və gənc qapıçı olanda işlərim qaydasında getmirdi. Xaraktercə sakit, balanslı, yumşaq, daha çox introvert biriyəm. Tanışlarımdan biri mənə «Alter ego» adlı kitab vermişdi. Mahiyyəti ondan ibarətdir ki, meydana çıxanda sanki başqa insana çevrilməlisən, sanki müəyyən bir mental keçid mexanizmin olmalıdır.

Mən basketbolun böyük azarkeşiyəm və kumirlərimdən biri Kobe Bryantdır, eləcə də onun məşhur “Mamba Mentality” fəlsəfəsidir. 8 və 24 nömrələri onun oyun nömrələridir. Buna görə də indi meydana çıxanda bu nömrələr mənə həmin keçidi etmək lazım olduğunu xatırladır və oyun zamanı da onlara baxıram. Artıq bu, mənim rituallarımdan biridir”, — deyə Lammens bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Tovuzda 65 yaşlı qadın güllələndi, qardaşı oğlu tutuldu 14:28 Hörmüz boğazı ilə bağlı razılaşma əldə olundu 14:23 Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 İsrailin Türkiyəyə qarşı gizli planı ortaya çıxdı 14:11 Bayındır Avropa Liqası iştirakçısına transfer olundu! 13:48 Xameneinin səhhəti pisləşdi - İDDİA 13:39 Azərbaycanda yeni komitə yaradıldı - SƏRƏNCAM 13:24 Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Azərbaycanın Malayziyadakı səfiri geri çağırıldı 13:20 Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı 13:18 Jurnalist vəsiqəsi haqqında dəyişiklik edildi 13:12 Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilib 13:09 Media və Yayım Şurası yaradıldı 12:57 Moskvada güclü partlayış səsi: Ukrayna zərbəsi, yoxsa supersonik sınaq? - VİDEO 12:55 Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi! 12:47 Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur - SƏBƏBLƏR 12:28 UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 Erməni kilsəsi tarixində ilk: Katolikos II Qaregin məhkəmə qarşısına çıxacaq 12:20 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH 12:02 Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verdi - VİDEO 11:59 Alonsonun qərarı Okonun taleyini həll edə bilər 12:22 "Tarqovı"da obyekt yanır - VİDEO 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı 11:38 Bütün Xəbərlər