Karlın dopinq etirafı: “Bunun əvəzini ödədim”

Karlın dopinq etirafı: “Bunun əvəzini ödədim”
10.08.2026 12:48

2022-ci il Olimpiya çempionu, almaniyalı xizəkçi Viktoriya Karl dopinqə görə diskvalifikasiyası və qadağan olunmuş maddənin orqanizminə necə düşməsi barədə danışıb.

TodayPress TV “Xc-ski.de”yə istinadən xəbər verir ki, 2025-ci ilin martında Qış Dünya Hərbi Oyunlarında Karlın dopinq nümunəsində qadağan olunmuş maddələr siyahısına daxil olan klenbuterol aşkarlanıb.

“Dünya Kubokunda çox sıx təqvimimiz var. Demək olar ki, hər həftə yarış keçirilir və bəzən orqanizm belə yükə tab gətirmir. Hərbçi kimi iki ildən bir ölkəmi hərbçilər arasında dünya çempionatında təmsil etmək öhdəliyim var. Bu, işəgötürənin qanuni tələbidir. Yarışa getməmək üçün xəstə olduğumu deyə bilərdim, amma belə turnirlərdə iştirak etmək mənim borcumdur.

Orada baş verənlər isə hər şeyin səhv getdiyi bir sıra təsadüflərin nəticəsi idi. Orqanizmimə daxil olan hər şeyə görə məsuliyyət daşıdığımı, hər şeyi iki, hətta üç dəfə yoxlamalı olduğumu yaxşı başa düşürəm. Amma öskürək, burun axması və yuxu problemlərim başlayanda adekvat düşünə bilmirdim. Həkimin mənə yazdığı dərmanı qəbul etdim. Vəziyyəti idarə edə bilmədim və bunun əvəzini ödədim.

Əlbəttə, dərmanın tərkibində qadağan olunmuş maddənin olub-olmadığını soruşmalı idim. Amma həkimin idmanla əlaqəsi yoxdursa, ondan bunu soruşmaq faydasızdır. Dərmanı tətbiq vasitəsilə özüm yoxlamalı və ya heç olmasa idman həkiminə zəng etməli idim.

Yekun qərar çıxarılana qədərki dövr mənim üçün ən ağır vaxt idi. Ailəm və həyat yoldaşım hər məsələdə mənə dəstək oldular. İndi isə bütün diqqətimi Falunda keçiriləcək dünya çempionatına mümkün qədər yaxşı hazırlaşmağa yönəltmişəm”, – deyə Karl bildirib.

Qeyd edək ki, almaniyalı xizəkçinin diskvalifikasiyası, müvəqqəti uzaqlaşdırıldığı müddət də nəzərə alınmaqla, 25 noyabr 2026-cı ildə başa çatacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 14:00 FIFA-da böhran böyüyür: üç konfederasiyadan araşdırma tələbi 13:43 Heç nə dəyişmədi, amma hər şey dəyişə bilər... - Paşinyan Ermənistanı hara aparır ? 13:34 Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq edəcək 13:41 Azərbaycanın Belçikadakı səfiri geri çağırıldı 13:36 İranın iki yüksəkvəzifəli şəxsi Pakistana gedir – SƏFƏRİN SƏBƏBİ 13:17 Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edildi 13:34 Azərbaycanın Polşadakı səfiri geri çağırılıb, yenisi təyin olundu 13:31 Azərbaycanın İsveçrədəki səfiri geri çağırıldı 13:28 “Klippers”dən rekord transfer: NBA-nın ən qısa və ən uzunboylusu bir arada! 13:25 “Dinamo”nun məşqçisi “Qarabağ”ın gücünü etiraf etdi 13:11 Lisenziyasız kosmetoloqla bağlı Səhiyyə Nazirliyi hərəkətə keçdi 13:04 Millilərimizdən Türkiyədə böyük hədəf: Qələbə və reytinq xalları! 13:07 Azad edilmiş ərazilərdə 891 mina və sursat zərərsizləşdirildi – 1 581 hektar təmizləndi 12:57 Mariupol–Cankoy yolunda güclü partlayış: Yanacaq çənləri yandı – VİDEO 12:33 Karlın dopinq etirafı: “Bunun əvəzini ödədim” 12:48 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:46 Smart keçmiş klubunun fanatlarını hədəfə aldı: “Ən çirkinlərdir” 12:36 Məkkə Sazişi - Türk ordusu 100 il sonra Məkkədə 12:32 İraolanın “Liverpul”dakı ilk addımları: Van Deykdən açıqlama 12:18 Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:57 Vembanyama NBA tarixinin böyük rekorduna göz dikdi! 11:54 Nijnekamskdə PUA hücumu: 12 nəfər öldü, 39 nəfər yaralandı – MATƏM ELAN EDİLDİ 08:26 Azərbaycanlı boksçular Qazaxıstanda rəqiblərinə şans vermədi! 11:33 Çingiz Əlioğlu ilə vida mərasimi keçirilir 11:23 Bütün Xəbərlər