Çempionlar Liqasına gedən yolun son sınağı: “Sabah” meydana çıxır!

Çempionlar Liqasına gedən yolun son sınağı: “Sabah” meydana çıxır!
19.08.2026 08:15

Bu gün “Sabah” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrail təmsilçisi “Hapoel”lə qarşılaşacaq.

TodayPress TV xəbər verir ki, Azərbaycan çempionu tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində iştirak edəcək. 

Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas matçdan əvvəl keçirilən mətbuat konfransında komandasının bu görüşü böyük səbirsizliklə gözlədiyini bildirib:

“Bu mərhələ bizim üçün xüsusi əhəmiyyət daşıyır. Klub tarixində ilk dəfə pley-offdayıq. Biz bu yola başlayanda favorit sayılmırdıq, həmişə autsayder kimi görünürdük. Eyni sözləri rəqibimiz haqqında da demək olar. Amma hər iki komanda burada olmağa layiq olduğunu sübut edib. Bizi maraqlı mübarizə gözləyir. Bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq. İki həftədən sonra bu komandaların biri tarix yazaraq Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək”.

Qeyd edək ki, Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionunda keçiriləcək “Hapoel” – “Sabah” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
19 AVQUST 2026
BMT: 2025-ci ildə 907 yardım əməkdaşı zərər çəkib 09:43 Alonso “Çelsi”nin problemini tapdı: istedad var idi, liderlik yox 09:36 Neftin qiyməti artdı 09:32 “Barselona”da yeni lider: Rafinya kapitan sarğısını taxacaq 09:29 “Mançester Siti”yə pis xəbər: Jeremi Doku həftələrlə oynamaya bilər 09:16 Yaponiya hipersəs raketlərinə keçir 09:21 Liam Louson üçün gözlənilməz şans: “Red Bull”a geri çağırılır 09:09 Partnyorla çox vaxt keçirmək istəyinin arxasında nə dayanır? 09:03 Tramp Kanada tariflərini 3 gün dayandırdı 08:57 DİQQƏT: Bu yollarda tıxac var - SİYAHI 08:39 Çempionlar Liqasına gedən yolun son sınağı: “Sabah” meydana çıxır! 08:35 ABŞ-dən İrana qarşı ağır İTTİHAM: 8 min müəllimin hesabı OĞURLANDI 00:26 Kolumbiyada zəlzələ qurbanlarının sayı artır 02:33 “Üçüncü Dünya müharibəsi Avropanı məhv edəcək” – Belarus rəsmisindən proqnoz 01:56 Suriyada qaz boru kəmərində PARTLAYIŞ 02:17 Tramp Kanada ilə ticarət müharibəsində geri addım atır? - DETALLAR 02:08 Netanyahudan Suriyaya XƏBƏRDARLIQ- Türkiyə qoşunları narahatlıq yaratdı 01:47 Tramp İrana qarşı strategiyanı dəyişdi: Danışıqlar DAYANDIRILDI! 02:26 Tehran susmadı! BƏƏ-nin raket iddiasına reaksiya verdi 01:36 Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi 01:24 BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU 00:49 Türkiyədə zəlzələ baş verdi 00:43 BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı 00:13 Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var 23:46 Bütün Xəbərlər