Toğrul Hüseynov Hanoyda vyetnamlı həmkarı ilə görüşdü

Toğrul Hüseynov Hanoyda vyetnamlı həmkarı ilə görüşdü
17.07.2025 16:42 Sosial

Ədliyyə nazirinin müavini Toğrul Hüseynov Vyetnama səfəri çərçivəsində vyetnamlı həmkarı Nguyen Thanh Tinh ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüş zamanı iki ölkə arasında iqtisadi, sənaye və digər sahələrdə dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələrin inkişafı məmnunluqla qeyd olunub, hüquqi sahədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər bu ilin may ayında imzalanmış  “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı”nın icrası barədə müzakirələr ediblər. 

Görüşdə ən yaxşı təcrübələrin bölüşülməsi, hüquqi sahədə təlim və tədrisin təşkil edilməsi və ədliyyə sahəsində mövcud əməkdaşlıq mexanizmlərinin daha da gücləndirilməsi məqsədilə işçi qrupların yaradılması və qarşılıqlı səfərlərin təşkil edilməsi barədə fikir mübadiləsi aparıblar.  

Qeyd edək ki, Toğrul Hüseynov Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil olunur.

FOTOLAR

Toğrul Hüseynov Hanoyda vyetnamlı həmkarı ilə görüşdü — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Bütün Xəbərlər