Putin tabutunu da qoltuğuna alıb peşman döndü - Çin quyu qazdı...

Putin tabutunu da qoltuğuna alıb peşman döndü - Çin quyu qazdı...
15.07.2026 11:55 Təhlil

Ruisya lideri Vladimir Putinin  Pekinə son səfərinin əsas məqsədi Rusiya ilə Çin arasında enerji əməkdaşlığını genişləndirmək idi. Səfərdə 40-a yaxın sənəd imzalansa da, ən vacib məsələ olan "Sibir Gücü-2" qaz kəməri layihəsi kənarda qaldı. 

Əsas problem qazın qiyməti ilə bağlıdır.

Çin Rusiya  qazını mümkün qədər ucuza almaq istəyir. Pekin təxminən 1000 kubmetr üçün 50 dollar qiymət təklif edir. Moskva isə bunu qəbul etmir, çünki bu qiymət Rusiyanın digər ixrac bazarlarında əldə etdiyi gəlirdən xeyli azdır. 

Elə buna görə də, danışıqlar nəticəsiz qaldı. 

Bunun təsiri dərhal hiss olundu. Səfərdən sonra "Gazprom"un  səhmləri ucuzlaşdı və tərəflər arasında yeni neft-qaz sazişi imzalanmadı. Kreml marşrut və texniki məsələlərdə müəyyən razılığın olduğunu bildirsə də, əsas məsələ olan qiymət və kommersiya şərtləri açıq qaldı.

Burada əsas üstünlük Çinin tərəfindədir. Çünki Rusiya Avropa bazarını böyük ölçüdə itirdikdən sonra qaz satışında Çinə daha çox ehtiyac duyur.

Çin də alternativ mənbələrə malikdir – Mərkəzi Asiyadan qaz alır, mayeləşdirilmiş təbii qaz (LNG) idxal edir və daxili istehsalını artırır. Buna görə də Pekin tələsmir və daha sərfəli şərtlərin dalınca gedir. 

Rusiya ilə Çin arasında siyasi yaxınlıq olsa da, iqtisadi münasibətlərdə hər iki tərəf normal olaraq ilk növbədə öz maraqlarını qoruyur.

"Limitsiz dostluq" haqqında verilən siyasi mesajlar kommersiya danışıqlarında eyni şəkildə özünü göstərmir.

Gələcəkdə bu layihə üzrə razılığın əldə olunması mümkündür. Lakin qiymət məsələsi həll edilmədiyi müddətdə  layihənin reallaşması çətin görünür. Enerji danışıqlarında şərtləri daha çox Çin müəyyənləşdirir, Rusiya isə əvvəlki illərlə müqayisədə daha zəif mövqedədir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
15 IYUL 2026
Əfsanəvi Dəməşq poladı - Şərqin sıyrılmış qılıncının sirri açıldı 13:59 Dronla vurulan gəminin kapitanı həlak oldu - FOTO 13:47 DÇ-2026: İspaniyanın finaldakı rəqibi müəyyənləşir 13:39 TƏCİLİ! ABŞ İranın ərzaq infrastrukturunu vurdu 13:21 Azərbaycanda 2200 illik qədim şəhər tapıldı 13:21 Ermənistan Zəngəzur dəhlizi ilə bağlı mühüm addım atdı 13:07 Sabah hava necə olacaq? - PROQNOZ 13:01 Amerika qafaya qoydu - İranı indi də İraqda məğlub edir 12:43 Slovakiya Prezidenti şəhidlərin xatirəsini andı 12:39 Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur? 12:36 İntiqam qaçılmaz və yaxındır: İran ordusundan ABŞ-yə sərt reaksiya 12:32 18 yaşında yox, 30 yaşında görünürlər - Həkimdən Taleh Yüzbəyova dəstək 12:12 Putin tabutunu da qoltuğuna alıb peşman döndü - Çin quyu qazdı... 11:55 Hörmüz boğazı alışdı, bir çınqıl da düşdü Bab əl-Məndəbə 11:43 Slovak lider Ulu öndərin xatirəsini ehtiramla yad etdi 11:33 800 min il əvvəl insanların od üçün istifadə etdiyi mənbə necə tapılıb? 11:08 TRİPP yolu Zəngəzur dəhlizinin bir hissəsidir, əksi mövcud deyil - TƏHLİL 11:21 Fransa yanır: Yüzlərlə yanğınsöndürən alovu ram edə bilmir - VİDEO 11:08 Oktyabrın 22-də Ağbənddən şəhid xəbəri gəldi - Xudayarın ölümü ölkəni silkələdi 11:08 Keçmiş komandirlər İsrail Ordusu haqqında elə şeylər dedilər ki... 10:55 Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı 10:49 "Anthropic"in yeni reklamı mübahisə yaratdı: Süni intellektə etibar etmək olarmı? 10:48 Avropada minlərlə insanı öldürdü, Bakıya da çatdı – Bu saatlarda çölə çıxmayın! 10:41 "Danışmaq istəyirəm, qoymurlar..." - Haluk Levent Süleyman Soylu haqqında nə bilir? 10:36 Britaniya kiberdələduzluq edən Pakistan vətəndaşını Azərbaycana təhvil verəcək 10:32 Bütün Xəbərlər