ABŞ ərəb ölkəsinə nüvə silahı verir? – "İbrahim razılaşmaları" şərti tarixə qovuşa bilər

ABŞ ərəb ölkəsinə nüvə silahı verir? –  "İbrahim razılaşmaları" şərti tarixə qovuşa bilər
25.07.2026 11:57 Siyasət

ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə əməkdaşlığı genişləndirən yeni saziş imzalanıb. Razılaşma təcrübə, bilik və texnologiya mübadiləsini nəzərdə tutur və sənəddə Səudiyyə Ərəbistanının İsraillə münasibətlərinin normallaşdırılmasına dair hər hansı şərt yer almır.

Bununla belə, ABŞ Prezidenti Donald Tramp saziş imzalandıqdan sonra sosial media hesabında paylaşım edərək bildirib ki, Səudiyyə Ərəbistanı "İbrahim razılaşmaları"na qoşulmayacağı təqdirdə razılaşmanı tam başa çatmış hesab etmir.


TodayPress TV xəbər verir ki, bu sözləri  politoloq Elxan Şahinoğlu öz sosial şəbəkə hesabında yazıb. 

“İsrailin Qəzza və Livanın cənubunda hərbi əməliyyatları fonunda Səudiyyə Ərəbistanın bu ölkə ilə diplomatik münasibət qurmaq planı yoxdur. Bu o halda mümkün olacaq ki, İsrail hökuməti xarici və təhlükəsizlik siyasətində ciddi dəyişikliyə getsin. Ancaq nə qədər ki, Benyamin Netanyahu İsrailin baş naziridir, bu ölkənin siyasətində dəyişən heç nə olmayacaq. Belə olan halda Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulması problematikdir.

Buna baxmayaraq, Səudiyyə Ərəbistanı uranın zənginləşdirilməsi məsələsində ABŞ ilə imzalanan razılaşmanın həyata keçirilməsini istəyir. Əslində Tramp İsrailin və ABŞ-dəkı yəhudi lobbisinin çağırışları fonunda Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulması şərtini xatırladıb. Tramp Səudiyyə Ərəbistanının ABŞ-yə ödəyəcəyi milyardlar fonunda şifahi əlavəsini unuda da bilər.

Bəs Səudiyyə Ərəbistanı nədən uranın zənginləşdirilməsinə və beləcə nüvə silahı əldə etməyə çalışır?

Çünki Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez nüvə silahına malik olacaq. Səudiyyə Ərəbistanı həmin günü gözləmədən strateji tərəfdaşı olan ABŞ-dən əməli dəstək gözləyir. Səudiyyə Ərəbistanı uranı zənginləşdirməyə başlayarsa və nüvə silahını əldə etməyə yaxınlaşarsa, Türkiyə də bu prosesdən kənarda qalmayacaq”, - politoloq fikrini yekunlaşdırıb. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
25 IYUL 2026
Sabah dənizə getmək istəyənlərin nəzərinə 12:57 Yay özünü göstərməyə başladı - Sabah bir isti olacaq ki... 12:50 NATO ölkəsinin hava məkanı bir daha pozuldu - vəziyyət gərginləşir 12:38 Rusiyadan Azərbaycana pul köçürmək olmayacaq - SƏBƏB 12:27 Rusiya pendirdən də yan keçmədi – Ermənistana növbəti zərbə 12:19 ABŞ ərəb ölkəsinə nüvə silahı verir? – "İbrahim razılaşmaları" şərti tarixə qovuşa bilər 11:57 "Parti kur, oy verelim..." – Özəlin "Yeni Partiya"sına ilk dəstək bu ölkədən gəldi 11:40 Qatar 53 yaşlı kişini vurdu, tanınmaz hala saldı 11:15 Bakı İstintaq Təcridxanasının keçmiş rəisi öldü - FOTO 11:24 Ukrayna dronları Rusiyanın "Wildberries" anbarını vurdu 11:06 BDYPİ sürücülərə müraciət etdi 10:54 Avropadakı vətən xaini “söyüş blogerləri”ni kim maliyyələşdirir? 10:34 Azərbaycan neftinin son qiyməti açıqlandı 10:24 28 gün sonra dağıntılar altından sağ çıxdılar - VİDEO 10:14 Tramp gələcək ABŞ prezidentinin kim olacağı ilə bağlı mesaj verdi 10:05 İspaniya çempion olduğuna görə ABŞ-yə milyonlarla dollar vergi ödəyəcək 09:55 Kriptovalyuta bazarında son vəziyyət 09:49 Dünya bazarında neftin qiyməti ucuzlaşdı 09:44 Rusiyanın gecəsi kabusa döndü: Bir neçə şəhər eyni anda vuruldu - VİDEO VƏ FOTOLAR 09:39 Yəməndə ARAMCO obyektləri vuruldu 09:30 Zelenski Makronla narkotik qəbul edib? - Özü açıqlama verdi 01:05 Bilet, otel, xərc yoxdur: Evdə tətilin bədənə və beyinə təsiri 00:17 İyulun sonunda həyatları dəyişəcək 6 bürc 00:05 Qədim Yunanıstanda noutbuk olub? Alimlər iddiaya cavab verdi 23:32 Ukrayna milyonlarla işçi axtarır – Ən çox tələb olunan peşələr bunlardır 23:19 Bütün Xəbərlər