BDYPİ sürücülərə müraciət etdi

BDYPİ  sürücülərə müraciət etdi
25.07.2026 11:10 Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 25-29-da Azərbaycanda gözlənilən isti hava şəraiti ilə əlaqədar sürücüləri daha diqqətli olmağa, səhhətlərini və nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.

Qeyd olunub ki, yüksək temperatur sürücülərdə diqqətin azalmasına, tez yorulmaya, reaksiya müddətinin uzanmasına, eləcə də səhhətdə qəfil narahatlıqların yaranmasına səbəb ola bilər:

"Bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Baş Dövlət Yol Polisi İdarəsi, xüsusilə yaşlı sürücülərə, ürək-damar, arterial təzyiq, şəkərli diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə günün ən isti saatlarında zərurət olmadıqda səfərə çıxmamağı tövsiyə edir. Digər sürücülərə isə nəqliyyat vasitəsinin texniki sazlığını, xüsusilə soyutma və əyləc sistemlərinin, təkərlərin və kondisionerin vəziyyətini əvvəlcədən yoxlamağı, uzunmüddətli səfərlər zamanı mütəmadi fasilələr verərək istirahət etməyi, özlərində halsızlıq, başgicəllənmə, yuxululuq və ya digər narahatlıq hiss etdikdə hərəkəti dayandırmalıdır".

Qeyd olunub ki, sürət həddinə riayət etmək, riskli manevrlərdən çəkinmək, azyaşlı uşaqları avtomobildə nəzarətsiz saxlamamaq və günəş altında qalmış nəqliyyat vasitəsini hərəkətə başlamazdan əvvəl havalandırmaq məsləhət görülür.

BDYPİ bütün sürücüləri hava şəraitini nəzərə almağa, səfərlərini imkan daxilində günün nisbətən sərin saatlarına planlaşdırmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoyacaq davranışlardan çəkinməyə çağırıb.

XƏBƏR LENTİ
25 IYUL 2026
Rusiya pendirdən də yan keçmədi – Ermənistana növbəti zərbə 12:19 ABŞ ərəb ölkəsinə nüvə silahı verir? – "İbrahim razılaşmaları" şərti tarixə qovuşa bilər 11:57 "Parti kur, oy verelim..." – Özəlin "Yeni Partiya"sına ilk dəstək bu ölkədən gəldi 11:40 Qatar 53 yaşlı kişini vurdu, tanınmaz hala saldı 11:15 Bakı İstintaq Təcridxanasının keçmiş rəisi öldü - FOTO 11:24 Ukrayna dronları Rusiyanın "Wildberries" anbarını vurdu 11:06 BDYPİ sürücülərə müraciət etdi 10:54 Avropadakı vətən xaini “söyüş blogerləri”ni kim maliyyələşdirir? 10:34 Azərbaycan neftinin son qiyməti açıqlandı 10:24 28 gün sonra dağıntılar altından sağ çıxdılar - VİDEO 10:14 Tramp gələcək ABŞ prezidentinin kim olacağı ilə bağlı mesaj verdi 10:05 İspaniya çempion olduğuna görə ABŞ-yə milyonlarla dollar vergi ödəyəcək 09:55 Kriptovalyuta bazarında son vəziyyət 09:49 Dünya bazarında neftin qiyməti ucuzlaşdı 09:44 Rusiyanın gecəsi kabusa döndü: Bir neçə şəhər eyni anda vuruldu - VİDEO VƏ FOTOLAR 09:39 Yəməndə ARAMCO obyektləri vuruldu 09:30 Zelenski Makronla narkotik qəbul edib? - Özü açıqlama verdi 01:05 Bilet, otel, xərc yoxdur: Evdə tətilin bədənə və beyinə təsiri 00:17 İyulun sonunda həyatları dəyişəcək 6 bürc 00:05 Qədim Yunanıstanda noutbuk olub? Alimlər iddiaya cavab verdi 23:32 Ukrayna milyonlarla işçi axtarır – Ən çox tələb olunan peşələr bunlardır 23:19 500 milyard mobil telefon istehsalına bəs edəcək ehtiyat tapıldı 22:55 Əməkdar artisti sancan ilan öldü - Aktyorun vəziyyəti AÇIQLANDI 23:53 Netanyahu: “İsrail kiçik ölkə olsa da, qlobal gücdür” 01:00 Səudiyyə Ərəbistanından Yəmənə zərbə - Hücum GÖRÜNTÜLƏRİ 00:26 Bütün Xəbərlər