"Rusiya bununla Bakıya iki mesaj vermək istəyir" - Ramiz Yunus AÇIQLADI

"Rusiya bununla Bakıya iki mesaj vermək istəyir" - Ramiz Yunus AÇIQLADI
18.11.2025 12:59 Siyasət

"Azərbaycanın Kiyevdəki səfirliyinin atəşə tutulması təsadüf kimi görünmür. Rusiya bununla Bakıya iki əsas mesajını vermək istəyir". 

TodayPress TV xəbər verir ki,  bunu Xəzər Universitetinin professoru Ramiz Yunus Azərbaycanın Kiyevdəki səfirliyinin atəşə tutulması ilə bağlı "AzPolitika"nın sualını cavablandırarkən bildirib. 

"Birinci mesaj  budur ki, “Ukraynada aktiv olmayın”. Azərbaycanın Ukraynaya humanitar və enerji dəstəyi, eləcə də Kiyevlə yaxın təmasları Moskvanı narahat edir. İkincisi, “regiondakı geosiyasi balansı bizsiz qurmayın”. Bakı son illər Ankara, Qərb və Kiyevlə əlaqələri gücləndirir. Rusiya bunu öz təsir zonası üçün risk sayır və belə insidentlərlə “xatırlatma” edir".

Ramiz Yunusun qənaətincə, belə bir məqamda Azərbaycan emosiyasız, amma prinsipial şəkildə öz maraqlarını qoruyan balanslı reaksiyanı davam etdirməlidir.  Diplomatik təzyiqi artırmaq, izahat, araşdırma və təminat tələb etmək, tərəfdaşlarla koordinasiyanı gücləndirmək önəmlidir. 

Eyni zamanda xüsusilə Türkiyə və Qərblə əməkdaşlığı inkişaf etdirmək və eləcə də Moskvanın yaratdığı riskləri minimuma endirən balanslı siyasəti davam etdirmək vacibdir.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Bütün Xəbərlər