Ən çox saxtalaşdırılan 4 məhsul açıqlandı - Alarkən bu səhvi etməyin

Ən çox saxtalaşdırılan 4 məhsul açıqlandı - Alarkən bu səhvi etməyin
03.07.2026 21:56 Sağlamlıq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, ölkədə ən çox saxtalaşdırılan məhsullar sırasında spirtli içkilər, bal, qara kürü və kənd toyuğu yer alır. Bəs istehlakçılar bu məhsulları alarkən hansı səhvlərə yol verirlər və saxta məhsulu mağazada müəyyən etməyin yolları varmı?

Mövzu ilə bağlı qida eksperti İlkin Şirinov TodayPress TV-yə bildirib ki, məsələni yalnız bu məhsullarla məhdudlaşdırmaq düzgün deyil. Onun sözlərinə görə, istehlakçı üçün əsas meyar ilk növbədə məhsulun təhlükəsizliyi və keyfiyyəti olmalıdır.


Ekspert qeyd edib ki, alıcıların ən böyük səhvlərindən biri məhsulu yalnız qiymətinə görə seçmələridir.

“Bazarda ucuz məhsulların alıcısı daha çox olur. İnsanlar elə hesab edirlər ki, ucuz məhsul almaqla qənaət edirlər. Halbuki istehlakçı üçün əsas məsələ qiymət yox, məhsulun təhlükəsizliyi və keyfiyyətidir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, spirtli içkilər alarkən məhsulun üzərində aksiz markasının olub-olmamasına, markalanmasına və qiymətinə diqqət yetirmək vacibdir.

“Əgər məhsulun üzərində aksiz markası yoxdursa, markalanma aparılmayıbsa və qiyməti bazar dəyərindən xeyli aşağıdırsa, bu, ya yararlılıq müddəti problemli olan, ya da sağlamlıq üçün təhlükə yaradan məhsul ola bilər. Belə məhsulları almaq insanların öz sağlamlıqlarını riskə atması deməkdir”, - ekspert bildirib.

Balın keyfiyyətinin ev şəraitində yoxlanılması ilə bağlı yayılan fikirlərin də doğru olmadığını deyən ekspert bildirib ki, balın şəkərlənməsi, yandırılması və ya dəriyə sürtülməsi onun keyfiyyətini müəyyən edən meyar deyil.

“Balın keyfiyyətini müəyyən etməyin ən etibarlı yolu laborator müayinələr, müvafiq dövlət qurumlarının verdiyi sertifikatlar və ekspertiza rəyləridir. Orqanoleptik qiymətləndirmə də mümkündür, lakin bunu yalnız mütəxəssislər düzgün şəkildə apara bilərlər”, - deyə o qeyd edib.

Ekspert qara kürünün də ən çox saxtalaşdırılan məhsullardan biri olduğunu bildirib. Onun sözlərinə görə, nərə balıqlarının yetişdirilməsi böyük xərc tələb etdiyi üçün bazarda həddindən artıq ucuz qiymətə təklif olunan qara kürüyə şübhə ilə yanaşmaq lazımdır.

“Yarım kiloqram qara kürünün 20-30 manata satılması bazar reallığından tamamilə uzaqdır. İstehlakçılar qiymət meyarını düzgün qiymətləndirməli və məhsulun mənşəyinə diqqət etməlidirlər”, - deyə ekspert bildirib.

O əlavə edib ki, saxta qara kürü xüsusilə şadlıq evlərində və banket zallarında bahalı məhsul adı ilə təqdim oluna bilir.

Kənd toyuğuna gəlincə isə ekspert bildirib ki, bu məhsulun da saxtalaşdırılması halları geniş yayılıb.

“Kənd toyuğunu fərqləndirməyin ən yaxşı yolu onun bişdikdən sonrakı xüsusiyyətlərinə diqqət yetirməkdir. Broyler toyuğu daha tez bişir, əti daha yumşaq olur. Kənd toyuğunda isə həm dad, həm qoxu, həm də ətin quruluşu fərqli olur”, - deyə o bildirib.

Ekspertin sözlərinə görə, istehlakçılar kənd toyuğunu yalnız baytarlıq nəzarətindən keçən etibarlı təsərrüfatlardan almalıdırlar.

Sonda ekspert vurğulayıb ki, saxta məhsullarla mübarizədə təkcə dövlət nəzarəti kifayət etmir. Onun fikrincə, istehlakçılar da daha diqqətli olmalı, məhsul seçərkən qiymətə deyil, təhlükəsizlik, keyfiyyət və mənşəyə üstünlük verməlidirlər.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 AVQUST 2026
Azərbaycan CNN-ni məhkəməyə verdi 18:06 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 Türkiyədə mikroavtobus xəndəyə aşdı 16:46 Putin Myanmalı həmkarı ilə görüşdü 16:35 "Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab 16:21 Qarğıdalı hər kəs üçün faydalı deyil - Mütəxəssislərdən XƏBƏRDARLIQ 15:38 Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək" 15:31 Ərikdən kimlər ehtiyatla istifadə etməlidir? 15:20 Çimayev revanş üçün yenidən hərəkətə keçdi: Dana Uayta müraciət etdi 16:15 Nepomnyaşi həyəcan təbili çaldı: Rusiya millisinin ciddi rəqibi yoxdur 16:06 Güclü günəş yanıqları xərçəng riskini artırır 15:01 Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb 15:55 Si Cinpin BMT-də niyə çıxış etmək istəmir? 14:33 “İmişli”nin yeni transferi ilə bağlı şok qərar verildi 15:43 İspaniyada 4,8 bal gücündə zəlzələ: Üç nəfər xəsarət aldı 14:47 Azərbaycan Prezidenti minatəmizləmədə yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlıq edib 15:38 Prezident Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 15:31 Finlandiyada Rusiya sərhədinə yaxın məsafədə partlayış baş verdi 14:42 Fernandeş maaş artımını bəyənmədi: “Mançester Yunayted”in təklifi rədd edildi 15:17 NBC: Rusiya Xəzər vasitəsilə İrana sursat göndərir 15:16 Qətərdən İran və Omana çağırış: "Hörmüz boğazı açılmalıdır" 14:36 Bütün Xəbərlər