"Mərkəzi Azəri" platformasından hasil edilən neftin həcmi açıqlandı

"Mərkəzi Azəri" platformasından hasil edilən neftin həcmi açıqlandı
18.02.2026 13:24

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağındakı "Mərkəzi Azəri" platformasından istismara verildiyi tarixdən indiyədək ümumilikdə 1,2 milyard barel və ya 157 milyon ton neft hasil edilib.

TodayPress TV bu barədə "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir.

Platformadan indiyədək 66 quyu qazılıb: Bu quyulardan 43 neft, 9 qaz hasilatı, 12 suvurma və 2 şlamların laylara yenidən vurulması üçün qazılıb.

Bildirilib ki, bu gün "Mərkəzi Azəri" platformasından ilk neftin hasil edilməsindən 21 il keçir.

Xatırladaq ki, 18 fevral 2005-ci ildə Prezident İlham Əliyev yeni inşa olunmuş "Mərkəzi Azəri" hasilat, qazma və yaşayış platformasına səfər edərək AÇG-nin tammiqyaslı işlənməsinin başlandığını bildirən ilk neftin əldə olunmasını rəsmi tədbirlə qeyd edib.

Qeyd edək ki, "Mərkəzi Azəri" platforması Bakıdan 100 kilometr şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 128 metr olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. 2005-ci ilin fevralından istismarda olan platforma "Azəri" yatağının mərkəzi hissəsindən neft hasil etmək üçün tikilib. Platformadan əlavə, yaşayış, qazma, hasilat, texnoloji emal, kompressiya və laya qaz, su, şlam vurulması obyektlərini əhatə edən iri bir dəniz kompleksi yaratmaq məqsədilə "Mərkəzi Azəri"də bir kompressor və suvurma platforması (KvəSP) quraşdırılıb və körpü ilə HQY platformasına birləşdirilib.

"Mərkəzi Azəri" obyektlərinə 48 quyu gövdəsinə malik HQY platforması, platformadan Səngəçal terminalına qədər 30 düymlük sualtı neft boru kəməri, Səngəçal terminalına qədər 28 düymlük qaz boru kəməri və qurudakı mövcud Səngəçal terminalının genişləndirilməsi daxildir.

"Mərkəzi Azəri" platformasından 2025-ci il ərzində ümumi hasilat gündə orta hesabla 90 000 barel təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
"Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 Bütün Xəbərlər