ARDNF "Enfinity"nin günəş enerjisi aktivlərinin 49 %-ni aldı

ARDNF "Enfinity"nin günəş enerjisi aktivlərinin 49 %-ni aldı
18.07.2025 17:53

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və bərpa olunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkəti, ARDNF-nin İtaliyada yerləşən ümumi gücü 402 MVt olan günəş fotovoltaik (PV) elektrik stansiyalarından ibarət portfeldə 49 %-lik pay əldə etməsini nəzərdə tutan müqavilə imzalayıb.

TodayPress TV bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, müqavilənin başa çatmasından sonra “Enfinity Global” 51%-lik payını qoruyaraq və İtaliyanın bərpa olunan enerji bazarındakı güclü mövqeyini möhkəmləndirərək bu aktivlərin effektiv idarəçiliyini həyata keçirəcək.

Bu investisiya, ARDNF-nin uzunmüddətli investor kimi müəyyən edilmiş strateji hədəflərinə və mandatına uyğun şəkildə sabit və proqnozlaşdırıla bilən gəlir mənbəyi yaratmaqla yanaşı, eyni zamanda qlobal miqyasda dayanıqlı enerji keçidinə töhfə verir.

Razılaşma çərçivəsində “Enfinity Global” İtaliyadakı layihə portfelinə investisiya tərəfdaşlarını cəlb edir. Bu, şirkətə mövcud layihələr üzrə kapital dövriyyəsini təmin etməyə və İtaliya üzrə 2,6 GVt günəş enerjisi və 5,3 GVt enerji saxlama gücünə malik layihələrin həyata keçirilməsini sürətləndirməyə imkan verir. Nəticədə, şirkətin ölkədə müstəqil enerji istehsalçısı (IPP) kimi lider mövqeyi daha da möhkəmlənir.

İnvestisiya portfeli həm istismarda olan, həm də tikilməkdə olan və İtaliyanın Latsio və Emiliya-Romanya regionlarında yerləşən günəş elektrik stansiyalarını əhatə edir. İstehsal edilən elektrik enerjisinin uzunmüddətli enerji alqı-satqı müqavilələri (PPA) əsasında satışa çıxarılması nəticəsində istehlakçılar üçün sabit enerji tarifləri, investorlar üçün isə proqnozlaşdırıla bilən pul axınları təmin ediləcək. Portfel üzrə stansiyaların illik təxminən 685 milyon kilovat-saat (GVts) təmiz elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu da hər il təqribən 184,950-ton karbon-dioksid ekvivalentində (CO₂e) emissiyanın azaldılması və 250 minə yaxın İtalyan ailəsinin illik enerji tələbatının qarşılanması deməkdir.

“Enfinity Global” şirkətinin baş icraçı direktoru Karlos Domeneç bildirib: “ARDNF-i İtaliyadakı ilk müqavilə əsaslı fotovoltaik portfelimizə uzunmüddətli tərəfdaş və investor kimi cəlb etməkdən məmnunluq duyuruq. Bu investisiya bütün iştirakçı ölkələr, investorlar və istehlakçılar üçün qarşılıqlı faydalı olan davamlı enerjiyə keçidin parlaq nümunəsidir”.

ARDNF-in İcraçı direktoru İsrafil Məmmədov qeyd edib: “Enfinity Global” ilə bu strateji tərəfdaşlıq vasitəsilə ARDNF İtaliyanın artan enerji tələbatının qarşılanması üçün rəqabətqabiliyyətli və təmiz enerji təchizatına töhfə verir və eləcə də, yerli iqtisadi inkişafın və əhalinin enerji təminatının dəstəklənməsinə xidmət edir. Gələcək yönümlü institusional kapital təminatçısı olaraq İtaliya və ümumilikdə Avropada strateji investisiya imkanlarını dəstəkləməyə davam edəcəyik”.

Əməliyyat çərçivəsində “Enfinity Global” şirkətinə bir sıra məsləhətçi qurumlar dəstək göstərib. Şirkətə bu prosesdə “Mediobanca” maliyyə məsləhətçisi, “Legance” hüquqi məsləhətçi, “Fichtner” isə texniki məsləhətçi qismində xidmət göstərib.

ARDNF-i isə sözügedən əməliyyat üzrə “JLL” birləşmə və satınalmalar üzrə, “Dentons Europe Studio Legale Tributario” hüquqi, “EY” maliyyə və vergi, “DNV” isə texniki məsləhət dəstəyi ilə təmin edib.

XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər