Mərkəzi Nəbatat Bağında təlim keçirildi

Mərkəzi Nəbatat Bağında təlim keçirildi
13.09.2025 12:15

Yenidənqurma və genişləndirmə işlərindən sonra 2024-cü ilin sonunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirakı etdiyi Mərkəzi Nəbatat Bağı ziyarətçilərin rahatlığı ilə yanaşı, təhlükəsizlik və qorunma məsələlərinə də diqqət yetirir.

TodayPress TV xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs - Mərkəzi Nəbatat Bağının təşəbbüsü ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidməti ilə birgə yanğın-taktiki təlim keçirilib.

Təlimin məqsədi yanğın zamanı qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, şəxsi heyətin bacarıqlarının artırılması və Bağ əməkdaşlarının ilkin davranış qaydaları ilə bağlı biliklərinin gücləndirilməsi olub.

Təlim planına uyğun olaraq, baş vermiş şərti yanğın yerinə operativ şəkildə çatan yanğından mühafizə bölmələri Bağın əməkdaşları ilə birgə təxliyə, kəşfiyyat və yanğının söndürülməsi əməliyyatını icra ediblər.

Təlimdən sonra FHN əməkdaşları işçilərə yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını izah ediblər.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının gələcək inkişafı ilə bağlı xüsusi proqram hazırlanır və sözügedən proqramda inkişafa dair bütün məsələlər öz əksini tapacaq.

TodayPress TV

FOTOLAR

Mərkəzi Nəbatat Bağında təlim keçirildi — 1
Mərkəzi Nəbatat Bağında təlim keçirildi — 2
Mərkəzi Nəbatat Bağında təlim keçirildi — 3
Mərkəzi Nəbatat Bağında təlim keçirildi — 4
Mərkəzi Nəbatat Bağında təlim keçirildi — 5
Mərkəzi Nəbatat Bağında təlim keçirildi — 6
Mərkəzi Nəbatat Bağında təlim keçirildi — 7
Mərkəzi Nəbatat Bağında təlim keçirildi — 8
Mərkəzi Nəbatat Bağında təlim keçirildi — 9
XƏBƏR LENTİ
17 IYUN 2026
Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 Bütün Xəbərlər