Ermənistan silahlı qüvvələrinin Gəncəyə raketlərlə zərbələr endirməsi ilə bağlı sənədlər elan edildi

Ermənistan silahlı qüvvələrinin Gəncəyə raketlərlə zərbələr endirməsi ilə bağlı sənədlər elan edildi
06.10.2025 14:26

Oktyabrın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

TodayPress TV xəbər verir ki, məhkəmə iclasında 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinə raket atılması ilə bağlı sənədlər oxunub.

Epizodlar üzrə tədqiq olunan sənədlərdə göstərilib ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərində yaşayış məntəqələrinə, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən təhsil və tibb obyektlərinə, həmçinin mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə 9K58 "Smerç" (BM-30) və 9K72 "Elbrus" tipli raketlərlə zərbələr endiriblər. Bununla da Ermənistan silahlı qüvvələri hərbi zərurətdən irəli gəlməyən genişmiqyaslı dağıntılar, mülki vətəndaşların xəsarət alması və ölümü ilə nəticələnən, habelə mülki əhalinin xüsusilə külli miqdarda əmlakının məhv edilməsi ilə müşayiət olunan terrorçuluq və digər cinayətlər törədiblər.

İstintaq zamanı qeyd olunan hadisələrin hər biri üzrə hadisə yerlərinə baxış keçirilib, həlak olmuş şəxslərin meyitlərinin tibb eksperti tərəfindən müayinəsinin aparılması, habelə yaralanmış şəxslərin xəsarətlərinə dair tibbi rəylərin alınaraq iş materiallarına əlavə edilməsi, ölmüş zərərçəkmiş şəxslərin hüquqi varislərinin tanınaraq dindirilməsi həyata keçirilib, eyni zamanda, xəsarət almış şəxslərin zərərçəkmiş şəxs qismində tanınmalarına dair qərarların qəbul edilərək iş üzrə dindirilməsi, habelə şahidlərin dindirilməsi və sair istintaq hərəkətlərinin həyata keçirilməsi təmin edilib.

Sənədlərdə qeyd olunub ki, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 26 mülki şəxs qəsdən öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olmuş 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir. Xəsarət almış 175 nəfərin isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayanlardır.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
İrandan ABŞ-yə son xəbərdarlıq: Tarixi müqavilə tamamilə ləğv edilə bilər! 18:12 Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji tərəfdaşlığı müzakirə etdilər - YENİLƏNDİ 15:53 Abbas Əraqçi İsveçrəyə səfər edəcək 17:47 Krasnodarda ticarət mərkəzində qanlı hücum: Ölən və yaralılar var - VİDEO 17:45 "Zirə" Ayron Qomislə yollarını ayırdı 17:34 SON DƏQİQƏ! Hörmüz yenidən BAĞLANDI 17:21 Ötən gün axtarışda olan şəxslər tapıldı 17:19 Budanov Polşanın dövlət mükafatından imtina etdi - SƏBƏB NƏDİR? 17:11 Urmiya gölündə suyun həcmi dəfələrlə artdı - RƏSMİ 16:56 "Neftçi" braziliyalı futbolçu ilə müqavilə imzaladı 16:43 Tramp artıq Meloni ilə dostluq etməyəcəək 16:41 DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu 16:32 "Ubisoft"un həmtəsisçisi təyyarə qəzasında öldü 16:14 DÇ-26: Niderland İsveçə qarşı 16:02 Yunanıstanda güclü zəlzələ oldu 15:41 Flora Kərimova xəstəxanadan evə buraxıldı 15:34 Qeyri-adi təhlükəsizlik yoxlaması Almanlardan da yan keçmədi - VİDEO 15:28 Tramp yeni "Air Force One"-ı nümayiş etdirdi - VİDEO 15:22 Yevlax sakini su kanalında batdı 15:12 UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəldi 14:54 Britaniya Ukrayna üçün yeni uzaqmənzilli raketlər hazırlayır 14:52 Mourinyo Qonsalo Qarsiyanı "Real"da saxlamaq istəyir 14:45 MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib 14:40 Azərbaycan və Koreya arasında keçirilən danışıqların detalları açıqlandı 14:21 Pentaqon məktəbə endirilən zərbəni araşdırır 13:58 Bütün Xəbərlər