9 il əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olundu

9 il əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olundu
13.11.2025 15:20

Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə  kompleks tədbirlər həyata keçirilir.

Həyata keçirilən tədbirlərin davamı olaraq, Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2016-cı ilin aprel ayında itkin düşmüş Cəlilabad rayonu, Göytəpə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın qəsdən öldürülməsi müəyyən edilib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynullayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Xəyalə Xəlilovanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

E.Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

XƏBƏR LENTİ
21 IYUN 2026
Qarpız seçərkən diqqət edilməli olanlar: Qarpıza vurmaq köhnə üsuldur 23:22 Kimlər qan üçün donor ola bilməz? - Həkimdən açıqlama 23:18 Motsartın əvvəllər məlum olmayan əlyazması tapıldı 23:15 İnsan bədəninin humusa çevrilməsi: Almaniyanın bir əyalətində ekoloji dəfn metodu təsdiqləndi 23:13 128 min dollarlıq polis robotu "işdən qovuldu" - 10 ayda bir nəfəri belə tuta bilməmişdi 23:10 DÇ-2026: Almaniya Fildişi Sahilini məğlub etdi 02:10 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI 00:34 Qəzzada jurnalist həlak oldu 00:26 Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi bəlli oldu 00:30 ADPU-nun müəllimi vəfat etdi 23:29 Sübut yoxdur, ittiham var! - Öldürdükləri jurnalistə qara yaxdılar... 23:36 Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var 22:53 "Narıncılar" Hyustonda fırtına qopardı: İsveç 5 qolla darmadağın edildi! 23:23 Hindistan bayraqlı tankerlər Hörmüz boğazındakı böhran zonasını itkisiz geridə qoydu 22:50 67 yaşlı qadının meyiti tapıldı 22:45 Pakistan rəhbərliyi ABŞ-İran danışıqları üçün İsveçrəyə gedəcək 22:44 3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada öldü 22:14 Məktəbin “əlaçı”ları imtahanda 100 bal toplaya bilmədi - ŞOK STATİSTİKA 22:17 Petrodan Trampa çağırış: "İsrailin Livana hücumlarını dayandırın" 22:03 Azərbaycan XİN Beynəlxalq Qaçqınlar Günü ilə paylaşım etdi 22:03 Türkiyə tarixində ilk: NATO üzvü olan Rumıniyaya hərbi gəmi ixrac edildi 21:21 Zelenski "Ağ qartal" ordenini Navrotskiyə göndərdi: Səbəbini açıqladı 21:26 "Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub etdi 20:45 Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirildi 20:32 TƏCİLİ: Ukraynanın hər yerində həyəcan siqnalı verildi - Rusiya hücuma keçdi 21:05 Bütün Xəbərlər