Xarici təcrübə ölkədə: Avtobuslarda əlavə nəzarətçilərə ehtiyac var?

Xarici təcrübə ölkədə: Avtobuslarda əlavə nəzarətçilərə ehtiyac var?
12.06.2025 17:38

"Azərbaycanda avtobuslarda əlavə nəzarətçi işçiyə ehtiyac yoxdur, mövcud sistem kifayət qədər effektivdir".

Nəqliyyat üzrə ekspert İlqar Hüseynov bunu TodayPress TV-yə danışarkən deyib. 

O hesab edir ki, Azərbaycanda ictimai nəqliyyatda, xüsusilə avtobuslarda sərnişin ödəniş sisteminin əlavə nəzarətçi ilə gücləndirilməsinə ehtiyac yoxdur: ölkədə tətbiq olunan mövcud ödəniş sistemi, yəni ön qapıdan giriş və sürücünün birbaşa nəzarətində olan ödəniş terminalları kifayət qədər effektiv nəticə verir.

"Pulsuz keçməyə çalışan, kart vurmadan avtobusa daxil olan sərnişinlərin sayı olduqca azdır. Çünki avtobuslarda giriş yalnız ön qapıdan təmin edilir və bu da ödənişin tam nəzarətdə saxlanmasına şərait yaradır. İnsanlar bir-birinə kömək edir, kart verir, ödəniş edir və keçirlər. Bu cür qarşılıqlı anlayış hallarına tez-tez rast gəlirik. Gizlincə keçməyə çalışanlar isə demək olar ki, yoxdur”.

Ekspertin fikrincə, bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda hər avtobusa əlavə işçinin təyin edilməsi nə iqtisadi, nə də sosial baxımdan məqsədəuyğundur: “Əlavə nəzarətçi saxlamaq üçün aylıq maaş, növbəli iş qrafiki və əlavə xərclər tələb olunur. Bu, rentabelli deyil. Belə ki, istənilən sərnişinə, xüsusilə məktəblilərə və yaşlı insanlara ödəniş imkanı olmadıqda şərait yaradılmalı, cərimələmə yolu seçilməməlidir. Əks halda, bu, ictimai narazılığa səbəb ola bilər”. 

İlqar Hüseynovun sözlərinə görə, onsuz da insanların əsəbləri gərgindir – tıxaclar, gecikmələr və digər problemlər fonunda belə hallarla əlavə gərginlik yaratmaq yersiz olar.

Bəzi xarici təcrübələrə toxunan ekspert Gürcüstanda hər qapıda terminalların mövcud olduğunu, lakin bu modelin Azərbaycan üçün prioritet olmadığını vurğulayır. 

“Türkiyədə də bizdəki kimidir – yalnız ön qapıdan giriş və ödəniş var. Polşada isə tramvaylarda əvvəlcədən alınmış biletlər istifadə olunur. Yəni universal sistem yoxdur”, – deyə o, əlavə edib.

Sonda ekspert diqqətə çatdırıb ki, sərnişin sıxlığının əsas səbəbi avtobusların intervalının uzun olmasıdır və bu da şəhər tıxacları ilə birbaşa bağlıdır. Onun fikrincə, problemi əlavə nəzarətçi ilə yox, marşrut sıxlığının və intervalların optimallaşdırılması ilə həll etmək lazımdır.

Töhfə Səməd

FOTOLAR

Xarici təcrübə ölkədə: Avtobuslarda əlavə nəzarətçilərə ehtiyac var? — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Bütün Xəbərlər