WADA nümayəndələri Bakıda simpozium hazırlığı ilə tanış oldu

WADA nümayəndələri Bakıda simpozium hazırlığı ilə tanış oldu
26.10.2025 13:45

Ümumdünya Antidopinq Agentliyinin (WADA) nümayəndə heyəti bu həftə Azərbaycanda səfərdə olub.

TodayPress TV xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) məlumatına görə, səfərin məqsədi 2026-cı il martın 18–19-da Bakıda keçiriləcək WADA-nın Avropa üzrə Regional Simpoziumuna hazırlıq işləri ilə tanışlıq olub.

Simpozium Gənclər və İdman Nazirliyi ilə AMADA-nın birgə təşkilatçılığı ilə baş tutacaq.

WADA 2026-cı ildə dörd regional simpozium keçirəcək və Avropa üzrə tədbir məhz Bakıda gerçəkləşəcək. Bu toplantılar 2027-ci ildə qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinə və beynəlxalq standartlara hazırlıq məqsədi daşıyır.

Nümayəndə heyətinə WADA-nın Avropa ofisinin direktoru Sebastyen Jillo və tədbirlərin idarə olunması üzrə menecer Riziero Pisani daxil olub. Onlar Bakıda simpoziumun keçiriləcəyi məkanlara baxış keçiriblər.

Sebastyen Jillo hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu və plan üzrə davam etdiyini bildirib. Riziero Pisani isə simpoziumun AMADA-nın 10 illiyi ərəfəsində keçirilməsini əməkdaşlığın və regionda antidopinq təşəbbüslərinin güclənməsinin göstəricisi kimi qiymətləndirib.

WADA nümayəndələri Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsindəki peşəkarlığını yüksək dəyərləndiriblər.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Milyonlarla il əvvəl yox olan heyvanların izi bu gün də qalır – Yeni kəşf 16:22 Niderland Qran-prisi Formula-1”dən gedir: Ferstappendən ilk açıqlama 16:36 Tümendə nəhəng neft-kimya kompleksinə PUA hücumu edildi - VİDEO 16:33 “Biz də çoxlu pul itirdik” – Həbibdən Fələstin etirafı 16:25 Xətai kimindir? Tarixçi alimdən İranın iddialarına sərt cavab 16:14 Uelbek və Hendersonun “Çelsi”yə gəlişinin səbəbi bəlli oldu 16:10 Səbəbsiz çəki itkisi ciddi xəstəliklərin əlaməti ola bilər 16:05 Teytum göz yaşlarını saxlaya bilmədi: Karyerasını bitirməyi düşündü 16:00 Azərbaycan əhalisinin gəlirləri 55,6 milyard manatı keçdi – 9,8% ARTIM 15:49 Serxi Robertodan sürpriz seçim: Karyerasını MLS-də davam etdirəcək 15:54 Rusiya bir uşağın həyatı üçün 1 milyon rubl təklif etdi 15:48 Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək? 15:17 Premyer Liqada yeni mövsümün ilk sınaqları bəlli oldu 15:28 “Delfin” tayfunu Çini vurdu: Yüz minlərlə insan təxliyə edildi 14:17 “Əl-Əhli” Rocer İbanesi buraxmır: yeni müqavilə razılaşdırıldı! 15:06 Məişət zorakılığından zərər çəkən 41 nəfərə dəstək göstərildi – 25-i uşaqdır 14:29 Bolqarıstanda partlayış baş verdi - VİDEO 14:51 Kayl Uokerdən iddialı açıqlama: “Premyer Liqaya qayıtmalıyıq” 14:44 Mütəxəssislər onu görməzdən gəlir, Bekker isə böyük gələcək vəd edir 14:31 ABŞ silah istehsalını artırır: Pentaqon hərəkətə keçdi 14:04 LeBron Ceyms tarix yazır: bütün xal hədlərində ən gəncdir! 14:55 Neftin qiyməti artdı 13:54 Hərbi əməliyyatların ANONSU verildi – 14 ölkə müharibəyə qoşula bilər 13:46 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 14:00 FIFA-da böhran böyüyür: üç konfederasiyadan araşdırma tələbi 13:43 Bütün Xəbərlər