Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi: Azərbaycan polisinin 108-ci ildönümüdür

Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi: Azərbaycan polisinin 108-ci ildönümüdür
02.07.2026 09:56

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Təbrikdə deyilir:

"Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə sizi təbrik edir, ən xoş diləklərimi çatdırıram.

Ötən müddətdə şərəfli bir inkişaf yolu keçmiş və ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə milli maraqların qorunmasında, qanunçuluğun möhkəmləndirilməsində, asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm xidmətlər göstərmiş polis dövlətin etibarlı dayaqlarından biri olaraq formalaşmışdır.

2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətin bütün istiqamətləri üzrə davamlı surətdə yenilənmiş, təkmilləşmiş, özünü müasir təhlükəsizlik çağırışlarına adekvat cavab verməyə qadir, peşəkar insan resurslarına, qabaqcıl texnologiyalara və güclü maddi-texniki bazaya malik hüquq mühafizə institutu kimi təsdiqləmişdir. Cinayətkarlığa, onun transmilli mütəşəkkil formalarına, kibertəhdidlərə, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə və digər təhlükəli əməllərə qarşı mübarizədə üzərinə düşən vəzifələri bu gün də məsuliyyətlə yerinə yetirir, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunmasına, qanunçuluğun möhkəmləndirilməsinə, bərpa və quruculuq proseslərinə layiqli töhfələr verir.

Əminəm ki, andına həmişə sadiq qalan əməkdaşlarımız bundan sonra da peşəkarlıq, prinsipiallıq və yüksək məsuliyyət nümayiş etdirərək sabitliyin və ictimai təhlükəsizliyin təminatçısı kimi dövlətin və xalqın yüksək etimadını doğruldacaqlar.

Peşə bayramı münasibətilə bütün şəxsi heyətə, veteranlarımıza, xidməti vəzifələri yerinə yetirərkən sağlamlığını itirmiş əməkdaşlarımıza və şəhidlərimizin ailə üzvlərinə möhkəm can sağlığı, xidmətdə yeni-yeni nailiyyətlər və uğurlar arzulayıram!".

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUL 2026
Kiyevə gecə hücumu: Ölənlərin sayı kəskin artdı - VİDEO - YENİLƏNDİ 08:24 İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi 11:09 Paşinyan Ursula fon der Lyayeni belə qarşıladı - VİDEO 10:57 Təcili əmr verildi: İran "ordusu" ləğv edilir - 30 sentyabra qədər... 10:55 Mundialda növbəti qarşılaşmalar: İspaniya Avstriya ilə, İsveçrə Əlcəzairlə üz-üzə 10:50 Ermənistan parlamentinin ilk iclasına Həsənov sədrlik edəcək: II Qaregin dəvət olunmayacaq 10:41 Yəhudilər Azərbaycana görə ayağa qalxdılar: İsrailə savaş elan etdilər 10:34 Rusiya sərhədləri tam bağlayıb milyonluq səfərbərlik edəcək - Bu ölkələrlə razılaşdı 10:30 Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi 10:24 Krım mühasirədə - 2 milyon nəfər ölüm aclığında 10:20 Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi: Azərbaycan polisinin 108-ci ildönümüdür 09:58 Neft birjalarında qiymətlər alt-üst oldu - Ucuzlaşma davam edir 09:44 "Bitcoin"in qiyməti yeni rekorda yaxınlaşır - Rəqəmsal aktivlər artışdadır 09:39 Lyayenin Azərbaycana səfəri başa çatdı 09:20 Avropanın ən qədim şəhərlərindən biri tapıldı 09:04 DÇ-2026: ABŞ millisi 1/8 final mərhələsinə vəsiqə qazandı 08:45 Ukrayna Rusiyaya cavab verdi: Ən böyük neft zavodunu hədəfə aldı - VİDEO 08:41 İsti hava telefonunuzu sıradan çıxara bilər: Diqqət etməli olduğunuz dörd əlamət 22:41 Alimlər 11 sentyabr terroru ilə sürətlənmiş qocalma arasında əlaqə aşkarlayıblar 22:39 Rusiyalı alimdən QORXUNC PROQNOZ: Asteroid Yerlə toqquşa bilər 22:36 Buzlu içkiləri sevənlərə xəbərdarlıq: Görünməyən təhlükə sizi xəstələndirə bilər 22:35 İqlim dəyişikliyi flaminqolara da təsir etdi 22:32 Milyardlarla illik səyahət Günəşdə başa çatdı 22:29 DÇ-2026: Belçika geridönüşlə 1/8 finalda 02:03 Yay aylarında saç baxımında ən böyük səhv - Mütəxəssis izah edir 22:27 Bütün Xəbərlər