Bahar Muradova: "Uşaqların zərərli informasiyadan qorunması dövlətin prioritetidir"

Bahar Muradova: "Uşaqların zərərli informasiyadan qorunması dövlətin prioritetidir"
04.11.2025 11:10 Cəmiyyət

"Müasir dövrdə uşaqların zərərli informasiyadan qorunması dünyada olduğu kimi Azərbaycanda da əsas sosial çağırışlardan biridir".

TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

"Bu, həm Prezident İlham Əliyevin, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətində olan məsələdir. Çünki yayılan zərərli məlumatlar təkcə uşaqlara deyil, bütövlükdə ailə institutuna mənfi təsir göstərir".

Onun sözlərinə görə, bu istiqamətdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun 2018-ci ildə qəbul edilib və qısa müddətdə mühüm dəyişikliklərə yol açıb:

"Bu qanun uşaqların televiziyada, internetdə və digər media platformalarında yayılan zərərli informasiyalardan qorunması məqsədilə yeni mexanizmlər müəyyən etdi. Dövlət Komitəsi yanında İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurası yaradılıb və fəaliyyətini uğurla davam etdirir".

Komitə sədri qeyd edib ki, ekspertlərə ixtisas attestasiyasının verilməsi, onların fəaliyyətinin reyestrinin aparılması və media məhsullarının yaş kateqoriyalarına görə təsnifləndirilməsi də bu istiqamətdə həyata keçirilən yeniliklərdəndir.

O əlavə edib ki, Dövlət Komitəsi media, nəşriyyat və təhsil sahəsindəki qurumlarla əməkdaşlıq edərək uşaqların hüquqlarının qorunması üçün maarifləndirmə və nəzarət tədbirlərini davam etdirir:

"Biz yalnız hadisələr baş verəndə reaksiya verməklə kifayətlənməməliyik. Həyatın bütün sahələrində hüquqi baza, maarifləndirmə və nəzarət mexanizmi daim diqqət mərkəzində olmalıdır”, - deyə Bahar Muradova fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli
XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər