İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi
02.07.2026 11:13 Cəmiyyət

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı məlumatların qəbulu, idarə olunması və vətəndaş müraciətlərinin elektron formada həyata keçirilməsi məqsədilə hazırladığı Onlayn Sorğu Mərkəzi (Online Inquiry Center-OIC) istifadəyə verib.

Bu barədə TodayPress TV-yə Dövlət Komissiyasından məlumat verilib.

Portal Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində hazırlanmış Məlumat İdarəetmə Sistemi (Integrated Data Management System - iDMS) əsasında yaradılıb.

Yeni rəqəmsal platforma itkin düşmüş şəxslərlə bağlı məlumatların vahid elektron sistemdə idarə olunmasına, dövlət qurumları arasında operativ məlumat mübadiləsinin təmininə, vətəndaş müraciətlərinin daha çevik araşdırılmasına və itkin düşmüş şəxslərin ailə üzvləri ilə qarşılıqlı əlaqələrin müasir rəqəmsal müstəvidə təşkilinə xidmət edir.

Sistemin hazırlanması zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri, və Dövlət Komissiyasının fəaliyyət istiqamətləri nəzərə alınıb. Portal tam şəkildə Azərbaycan dilində fəaliyyət göstərir və məlumatlar Azərbaycan Respublikasının ərazisində yerləşən serverlərdə saxlanılır. Portal istifadəçilərə aşağıdakı imkanları təqdim edir:

• "İtkin düşmüş şəxs barədə məlumat ver" (Report a Missing Person) xidməti vasitəsilə itkin düşmüş şəxslər barədə yeni məlumatların təqdim edilməsi;

• "Sorğu göndər" (Request on Missing Persons) bölməsi vasitəsilə Dövlət Komissiyasına elektron müraciətlərin ünvanlanması;

• "Məkanı göstər" (Indicate a Place) xidməti vasitəsilə ehtimal olunan məzar və ya dəfn yerləri barədə coğrafi koordinatlarla birlikdə məlumatların təqdim edilməsi;

• fotoşəkillərin, sənədlərin və digər materialların elektron qaydada sistemə əlavə olunması;

• müraciətlərin daha operativ araşdırılması üçün əlavə məlumatların təqdim edilməsi.

Portalın mühüm üstünlüklərindən biri də vətəndaşlardan daxil olan məlumatların vahid elektron bazada sistemləşdirilməsi, təhlil edilməsi və aidiyyəti dövlət qurumlarının istifadəsinə təqdim olunmasıdır. Bu isə axtarış, qazıntı, ekshumasiya və eyniləşdirmə proseslərinin daha səmərəli planlaşdırılmasına imkan verir.

Onlayn Sorğu Mərkəzindən istifadə üçün Dövlət Komissiyasının rəsmi internet saytına daxil olmaq kifayətdir.

Dövlət Komissiyası itkin düşmüş şəxslərin taleyinin müəyyən olunmasına kömək edə biləcək hər hansı məlumata malik bütün şəxsləri Onlayn Sorğu Mərkəzinin imkanlarından istifadəyə çağırır.

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
KTMT Ermənistanı sıxışdırır: “Qərar verin!” 14:50 Gənc əsgərlər Vətənə sədaqət andı içdi - VİDEO 14:09 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:04 Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib 13:57 Stolustü tennisçilər Türkiyədən 4 medalla qayıdırlar 13:53 Müdafiə Nazirliyindən general-mayorun ölümü ilə bağlı BAŞSAĞLIĞI 13:41 Abdullah Zubir “Qarabağ”dan ayrıldı 13:23 Həftənin ilk günü hava necə olacaq? 13:10 Şimali Koreya əsgərləri Cənubi Koreyaya keçdi - ATƏŞ AÇILDI 12:52 Sərhəd Qoşunlarının keçmiş komandanı vəfat etdi 12:36 Bakıda daş karxanasında faciə: 65 yaşlı kişi həyatını itirdi 12:15 Türkiyədə təriqət lideri saxlanıldı 11:57 İsraildən “Hizbullah”a ağır zərbə: Yüksək rütbəli komandir öldürüldü 11:45 Körfəz ölkələri ABŞ-dən üz döndərir: Gizli müzakirələr gedir 11:20 Bir nəfər kanalda batdı - Fövqəladə Hallar hərəkətə keçdi 11:04 Dnepropetrovskda ağır gecə: 20-dən çox hücum edildi 10:38 Avqustun ortasında hava dəyişdi: Leysan, şimşək… 10:21 73 illik düşmənçilik bitir - “Düşmən qardaşlar” barışır 10:00 İranda bir gündə nələr baş verdi? - DETALLAR 09:33 “Ford”un ağaca çırpılması faciə ilə bitdi - Sürücü hadisə yerində öldü 09:18 Moskvanın ən böyük logistika anbarı yanır - TƏCİLİ - VİDEO 09:04 "Liverpul" "Barselona"nın ulduzunu istəyir! 01:39 Almaniya sahillərində TƏHLÜKƏLİ MƏNZƏRƏ: Dənizi zəhərli yosunlar bürüdü 01:42 Rusiya və Suriya arasında birbaşa uçuşlar bərpa edilir 01:45 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 290-ı KEÇDİ! 01:35 Bütün Xəbərlər