Kremlin tam çökdürülməsi prosesi başladı - Brüsseldən daha bir zərbə
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb. Yeni məhdudiyyətlər Rusiyanın maliyyə sektoru, enerji infrastrukturu, hərbi-sənaye kompleksi və "kölgə donanması"nı əhatə edir.
TodayPress TV xəbər verir ki, yeni sanksiyalar çərçivəsində 170 təşkilat və 48 fiziki şəxs qara siyahıya salınıb.
Bundan əlavə, 100-dən çox bank və kriptovalyuta operatoruna qarşı məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, paketə Rusiyanın neft ixracında istifadə etdiyi "kölgə donanması"na məxsus 40-dan çox gəmi, Rusiya və Belarusdakı bir neçə neft emalı zavodu, həmçinin Rusiyanın hərbi-sənaye kompleksində fəaliyyət göstərən, o cümlədən uzunmənzilli pilotsuz uçuş aparatları istehsal edən 50-dən çox şirkət də daxildir.
Həmçinin Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, yeni tədbirlərin məqsədi Rusiyanın iqtisadiyyatını və müharibə imkanlarını daha da zəiflətməkdir.
Onun sözlərinə görə, Kreml yalnız müharibəni davam etdirməyin dəyəri kifayət qədər yüksəldiyi halda danışıqlar masasına qayıtmağa məcbur olacaq.
Jalə Rövşən