Tanınmış jurnalistə yeni vəzifə verildi

Tanınmış jurnalistə yeni vəzifə verildi
20.10.2025 13:50

Jurnalist Orxan Əli AQC İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə təyin edilib.

TodayPress TV xəbər verir ki, AQC sədri Vüqar Orucun müvafiq əmri ilə tanınmış jurnalist Orxan Əli təşkilatın İcra Aparatının üzvü və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Orxan Əli 20 ildən çoxdur mətbuatda çalışır. "İki sahil" qəzeti, Modern.az saytlarında müxbir, Avtosfer.az saytında redaktor, Azpost.info saytında şef-redaktor olaraq çalışıb.

Eyni zamanda 2010-2012-ci illərdə Gənclər Təşkilatları Milli Şurasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, 2012-2014-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, 2014-2016-cı illərdə "Böyük İpək Yolu" təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan şəhidləri haqqında "Mübarizim" layihəsinin rəhbəridir.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Budanov Polşanın dövlət mükafatından imtina etdi - SƏBƏB NƏDİR? 17:11 Urmiya gölündə suyun həcmi dəfələrlə artdı - RƏSMİ 16:56 "Neftçi" braziliyalı futbolçu ilə müqavilə imzaladı 16:43 Tramp artıq Meloni ilə dostluq etməyəcəək 16:41 DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu 16:32 "Ubisoft"un həmtəsisçisi təyyarə qəzasında öldü 16:14 DÇ-26: Niderland İsveçə qarşı 16:02 Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji tərəfdaşlığı müzakirə etdilər 15:53 Yunanıstanda güclü zəlzələ oldu 15:41 Flora Kərimova xəstəxanadan evə buraxıldı 15:34 Qeyri-adi təhlükəsizlik yoxlaması Almanlardan da yan keçmədi - VİDEO 15:28 Tramp yeni "Air Force One"-ı nümayiş etdirdi - VİDEO 15:22 Yevlax sakini su kanalında batdı 15:12 UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəldi 14:54 Britaniya Ukrayna üçün yeni uzaqmənzilli raketlər hazırlayır 14:52 Mourinyo Qonsalo Qarsiyanı "Real"da saxlamaq istəyir 14:45 MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib 14:40 Azərbaycan və Koreya arasında keçirilən danışıqların detalları açıqlandı 14:21 Pentaqon məktəbə endirilən zərbəni araşdırır 13:58 Füzulidə faciə: 5 yaşlı yeniyetmə su kanalında boğuldu 13:56 "Sabah" yeni transferini açıqladı 13:47 AZAL Qazaxıstanın daha iki şəhərindən Bakıya reys açacaq 13:36 Boşandığı şəxslə yenidən nikaha daxil olanların sayı məlum oldu - RƏSMİ 13:34 Bazar gününün havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:21 Tovuzda çayda batan şəxs Milli Qvardiya əsgəri imiş - FOTO 13:01 Bütün Xəbərlər