Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi

Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
22.07.2026 12:24

Azərbaycanın Daxili İşlər Nazirliyi sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı qaydalara dəyişiklik edib.

TodayPress TV Ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Daxili İşlər Nazirliyinin 2012-ci il 4 avqust tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat"a dəyişiklik edilib.

Dəyişikliklə Təlimatın 5.2.1-1-ci yarımbəndinə "57.4-cü" sözlərindən sonra ", 57.6.3-cü" sözləri əlavə olunub.

Bu dəyişiklik "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa edilən son dəyişikliklərin tətbiqini təmin etmək məqsədi daşıyır.

Belə ki, Qanunun 57.6.3-cü maddəsinə əsasən, elektron kabinetində mobil telefon nömrəsi qeyd edilməyən şəxs barəsində qəbul edilmiş elektron inzibati xəta haqqında qərar nəqliyyat vasitəsinin dövlət qeydiyyatı, daimi uçota alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi, texniki baxışın keçirilməsi, eləcə də sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı həmin şəxsə təqdim edildiyi andan rəsmi qaydada təqdim olunmuş hesab edilir.

Bununla da Daxili İşlər Nazirliyinin sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları "Yol hərəkəti haqqında" Qanunun yeni tələblərinə uyğunlaşdırılıb.

Qərara əsasən, sənəd üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə göndəriləcək. Reyestrə daxil edildikdən sonra isə 72 saat ərzində rəsmi dərc olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bakıda gizli Almaniya-Rusiya görüşü ilə bağlı ilginc suallar ortaya çıxdı 13:40 VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdi 13:35 Lavrov və Rubionun gözlənilən görüşünün tarixi bəlli oldu 13:24 İsrail gün sayır: İlk dəvətdə İrana soxulacaq 13:12 Arzum hansı şərtlərlə azadlığa buraxıldı? 13:01 Sabah neçə dərəcə isti olacaq? 12:58 Azərbaycanda ən çox və ən az qazananlar kimlərdir? - SİYAHI 12:54 Göyçə balığının üstündə Rusiya Ermənistanın "su"yunu çıxartdı 12:50 "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxıldı 12:42 Qlobal güclər Azərbaycanda nə axtarır? Analitik şifrələri açdı 12:35 Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi 12:24 Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir 12:18 İran çox mühüm xəbər açıqladı: ABŞ qırıcılarını vurduq 12:12 Ankarada təlim helikopteri qəzaya uğradı - Yaralılar var 11:49 Azərbaycan neftinin qiyməti yeni rekorda yaxınlaşır? - AÇIQLANDI 11:42 Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi 11:26 Kutaisi turniri üzgüçülərimiz üçün uğurlu oldu 11:18 Arzumun cəzasının ağırlaşdırılması istənildi 11:13 Azərbaycanda görünməmiş kibertəhlükəsizlik tədbirlərinin artmasının SƏBƏBİ NƏDİR ? - TƏHLİL 11:06 Təbrizdə güclü partlayışlar: Hərbi obyektlər vurulub? 11:06 Bir saatda 387.000 üzv CHP-dən istefa verdi 10:56 Rusiya öldü - Almaniyadan dedilər 10:44 Belçika millisində yeni dövr – Post Van Bommelə tapşırılır 10:40 İşə istədiyimiz vaxt gəlib-gedə biləcəyik - Maaşlara təsiri necə olacaq? 10:27 Azərbaycan dronları artıq "Shahed"lərdən üstündürmü? 10:14 Bütün Xəbərlər