Müasir gənclər niyə əvvəlki nəsildən 2 dəfə cavan görünür? SİRR AÇILDI

Müasir gənclər niyə əvvəlki nəsildən 2 dəfə cavan görünür? SİRR AÇILDI
24.06.2026 15:10
Son günlər sosial şəbəkələrdə 18 il əvvələ aid yayılan bir video maraqlı müzakirələrə səbəb olub. İstifadəçilər həmin görüntülərdəki gənclərin indiki yaşıdlarından daha böyük göründüyünü qeyd edirlər. Maraqlıdır, niyə əvvəlki nəsillər öz yaşlarından daha yaşlı görünürdü, müasir insanlar isə daha gənc təsir bağışlayır?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan sosioloq Hüseyn İbrahimov bildirib ki, bu tendensiya təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müşahidə olunur.

Onun sözlərinə görə, bunun formalaşmasında həm obyektiv, həm də subyektiv amillər rol oynayır. Ekspert ilk növbədə insanların həyat tərzində baş verən dəyişikliklərə diqqət çəkib.

“Fiziki əməyin və gündəlik aktivliyin azalması insanların həm daxili inkişafına, həm də zahiri görünüşünə təsir göstərir. Bundan əlavə, uşaqlıqdan başlayaraq qidalanma vərdişləri və digər sosial faktorlar da insanın xarici görünüşünün formalaşmasında mühüm rol oynayır”, – deyə o qeyd edib.

Sosioloq hesab edir ki, qloballaşmanın təsiri ilə həyat tərzi və dəb anlayışları da dəyişib. Geyim üslubu, saç düzümləri, musiqi zövqü və ümumilikdə həyat stili əvvəlki dövrlərlə müqayisədə fərqlənir.
Onun fikrincə, bu dəyişikliklər insanların daha gənc görünməsinə səbəb olan əsas amillərdəndir. 

“Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan gənclərin zahiri görünüşündə oxşarlıqlar müşahidə olunur. Qlobal tendensiyalar insanların xarici görünüşünə və özünüifadə formasına ciddi təsir göstərir”, – deyə ekspert vurğulayıb.

Hüseyn İbrahimov əlavə edib ki, bütün bu faktorların təsiri nəticəsində müasir dövrdə həm gənclər, həm də orta yaşlı insanlar əvvəlki nəsillərlə müqayisədə daha cavan görünürlər.
Xanım Musayeva
XƏBƏR LENTİ
24 IYUN 2026
Prezident Məhəmməd Baqer Qalibafı qəbul etdi 17:53 Daun sindromu haqqında qısa bələdçi: Əlamətlər və tibbi yanaşma 16:36 DÇ-2026-da III tura start verilir 17:46 "Azəricard" kart hesablarındakı problemlə bağlı açıqlama yaydı 17:34 "Neftçi" Endryu Qravilyonun transferini açıqladı 17:22 Azərbaycanda həbs edilən Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verildi 17:07 Az qala diri-diri yanırdı: Fırıldaqçılar qadına ağlasığmaz əməl etdirdi - VİDEO 16:58 Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşdü 16:48 Kardiomeqaliya nədir? Ürəyin böyüməsinin səbəbləri və idarə olunması 16:44 AccessBank müştərilərinə xəbərdarlıq etdi - Kartlarda balansın mənfi olmasının səbəbi nədir? 16:40 Daha sağlam və parlaq dəri üçün gündəlik qulluq vərdişləri 16:30 “M10”la əməkdaşlıq bitəndən sonra ABB müştərilərinin pulları niyə yoxa çıxdı? 16:30 Yaşlı əhalinin regionlar üzrə paylanması açıqlandı 16:30 Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapıldı 16:15 Pakistanın Azərbaycandakı səfirliyi bu tarixlərdə işləməyəcək 15:53 Azərbaycanlı ABŞ-nin hərbi attaşesi təyin edildi – FOTO 15:48 ABB hesablarında problem: Kartlardan əlavə vəsaitlər silinir 15:34 Zelenski Putinlə danışıqları TƏLƏB edir, təklif etmir 15:27 Qolu Amerikada atır, "time out"u Kanadada keçirir — İranın başına gələn müsibətlər 15:22 Müasir gənclər niyə əvvəlki nəsildən 2 dəfə cavan görünür? SİRR AÇILDI 15:16 Ərdoğan ifşa etdi: Türklər, kürdlər, ərəblər və farslar hədəfdə imiş! 15:02 Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu 15:04 Prezident Numan Kurtulmuşu qəbul etdi 14:49 Kolumbiyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”da 14:31 Sidik yolu infeksiyası: Necə yaranır, əlamətləri nələrdir və necə müalicə olunur? 14:26 Bütün Xəbərlər