Gürcüstandan gələn ətə stop qoyuldu - Qurban bayramı öncəsi qiymətlər qalxacaq?

Gürcüstandan gələn ətə stop qoyuldu - Qurban bayramı öncəsi qiymətlər qalxacaq?
15.05.2026 10:12

Azərbaycana Gürcüstandan gətirilən 134 baş iribuynuzlu heyvan zoonoz xəstəlik şübhəsi səbəbindən geri qaytarılıb. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) zoonoz xəstəlik şübhəsi olan iribuynuzlu heyvanların Gürcüstandan ölkəyə idxalının qarşısını alıb.

Bəs zoonoz xəstəliklər insanlar üçün hansı riskləri yaradır? Bu cür hallar ət bazarında qıtlıq və ya qiymət artımına səbəb ola bilərmi?

Məsələ ilə bağlı qida eksperti İlkin Şirinov TodayPress TV-yə bildirib ki, AQTA-nın atdığı addım insanların sağlamlığının qorunması baxımından olduqca vacibdir:


"Gürcüstandan gətirilən 134 baş heyvanın geri qaytarılması ölkəmizdə insanların və qida təhlükəsizliyinin qorunması üçün atılmış ən müsbət addımlardan biridir. Çünki heyvandan insana keçə bilən xəstəliklər mövcuddur. Bu risk daha çox fermer təsərrüfatında çalışanlarda, qəssablarda, aşpazlarda, kabab və dönər hazırlayan şəxslərdə müşahidə oluna bilər".

Ekspert əlavə edib ki, zoonoz xəstəliklər sırasında qarayara, brusellyoz, vərəm və müxtəlif dəri xəstəlikləri yer alır:

"Bu xəstəliklərin insanlara keçməsinin qarşısını almaq üçün belə addımlar vacibdir. Bir və ya bir neçə partiya heyvanın geri qaytarılması isə ölkədə ət qıtlığı yarada bilməz. Azərbaycan daxilində kifayət qədər heyvandarlıq və kökəltmə təsərrüfatları fəaliyyət göstərir. Qurban bayramı ərəfəsində də ölkədə yetərli sayda iribuynuzlu və xırdabuynuzlu heyvan var. Bundan başqa, idxal üçün alternativ kanallar da mövcuddur. Ona görə də insanların narahat olmasına əsas yoxdur".

Onun sözlərinə görə, ətin qiymətinə təsir edən əsas faktor heyvan çatışmazlığı deyil:

"Ətin qiymətini artıran əsas səbəb vasitəçilərdir. Fermer təsərrüfatında 2000 manata satılan heyvan bazara çıxarılanda 2500 manata təklif olunur. Problem fermerlə satış məntəqələri arasında birbaşa əlaqənin olmamasıdır. Əgər bu əlaqə qurulsa, qiymətlərdə də ciddi problem yaranmaz".

İlkin Şirinov vurğulayıb ki ki, Azərbaycanda heyvandarlığın inkişafı üçün kifayət qədər imkan və resurs mövcuddur:

"Bu gün ölkədə yetərli sayda heyvan təsərrüfatları və otlaq sahələri var. Bəzən otlaqların çatışmazlığı və ya heyvandarlıqla məşğul olan insanların çətinlikləri ilə bağlı fikirlər səsləndirilir. Halbuki elə ölkələr var ki, ərazisi və otlaq sahələri Azərbaycandan daha kiçikdir, amma onlar ət təsərrüfatında heç bir problem yaşamırlar. Bunun əsas səbəbi insanların təsərrüfata marağı və bu sahədən gəlir əldə etməsidir. Təsərrüfata düzgün yanaşan və bu işlə ciddi məşğul olan insanların nə maliyyə, nə də təsərrüfat baxımından ciddi problemləri olur", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 Bütün Xəbərlər