Gündəm qaynayır: Azərbaycandan Rusiyaya gedən dəmir yolu da - Xəbərlər yayıldı

Gündəm qaynayır: Azərbaycandan Rusiyaya gedən dəmir yolu da - Xəbərlər yayıldı
21.05.2026 12:43

Mayın 26-dan Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin bərpa olunacağı açıqlandıqdan sonra Bakı-Moskva dəmiryol xəttinin yenidən işə düşməsi ehtimalı da müzakirə mövzusuna çevrilib. Maraqlıdır, Rusiyadan belə bir təşəbbüs gələrsə, Bakı-Moskva sərnişin qatarının fəaliyyəti yenidən bərpa oluna bilərmi?

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı Publika.az-a danışan iqtisadiyyat üzrə ekspert Razi Abasbəyli bildirdi ki, Bakı-Moskva arasında dəmiryol xəttinin açılması və sərnişin daşımalarının bərpası nəzəri baxımdan mümkündür. Lakin praktik müstəvidə bir sıra ciddi maneələr mövcuddur:


"İlk növbədə nəzərə almaq lazımdır ki, Bakı-Moskva qatarının əsas marşrutu Şimali Qafqaz istiqamətindən keçir və bu bölgədə təhlükəsizlik məsələləri xüsusi həssaslıq daşıyır. Qatarın hərəkət trayektoriyası boyunca təhlükəsizliyin təmin olunması ilə bağlı ciddi risklər qalır. Hazırda Rusiyanın müxtəlif bölgələrində, hətta Moskva ətrafında belə Ukrayna hərbi qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının hücumları müşahidə olunur. Bu baxımdan dəmiryolu xəttinin bərpası təhlükəsizlik riskləri ilə müşayiət edilir".

Ekspertin sözlərinə görə, Bakı-Moskva sərnişin qatarının fəaliyyətinin bərpasına mane olan başqa amillər də var:

"Bunlardan biri Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyalardır. Faktiki olaraq, bu sanksiyalar sözügedən marşrutun yenidən istifadəyə verilməsini çətinləşdirən əsas səbəblərdən hesab olunur. Əgər Azərbaycanın quru sərhədlərindən istifadə xüsusi rejimlə tənzimlənməsəydi, Bakı-Moskva qatarının fəaliyyəti ilə bağlı müəyyən müzakirələr aparmaq mümkün olardı. Lakin hazırda həm Azərbaycanın quru sərhədləri xüsusi rejim əsasında fəaliyyət göstərir, həm də Rusiya ərazisində davam edən hərbi münaqişə təhlükəsizlik baxımından əlavə problemlər yaradır. Məhz təhlükəsizlik riskləri və beynəlxalq sanksiyalar indiki mərhələdə Azərbaycanla Rusiya arasında dəmiryolu ilə sərnişin daşımalarının bərpasını çətinləşdirir".

R.Abasbəyli bildirdi ki, gələcəkdə münaqişə ilə bağlı hər hansı sülh razılaşması əldə olunarsa, bu məsələ yenidən müzakirə predmeti ola bilər:

"Azərbaycan və Rusiya arasında əvvəlki dövrlərdə olduğu kimi sərnişin daşımalarının bərpası nəzəri baxımdan mümkündür. Digər mühüm məqam isə texniki və infrastruktur hazırlığıdır. Son illərdə Azərbaycan dəmir yolu infrastrukturunun yenilənməsi, rəqəmsal bilet satış sistemlərinin tətbiqi və xidmət keyfiyyətinin artırılması istiqamətində ciddi investisiyalar yatırıb. Lakin Rusiya tərəfi müharibə şəraiti səbəbindən bu istiqamətdə nəzərəçarpacaq yenilənmə və ya investisiya həyata keçirməyib. Bu səbəbdən Bakı-Moskva sərnişin qatarının yenidən təşkil olunması üçün uzunmüddətli hazırlıq prosesi tələb oluna bilər. Hər iki tərəfin texniki imkanlarının uyğunlaşdırılması, rəqəmsal sistemlərin inteqrasiyası və koordinasiyalı fəaliyyət vacib şərtlərdən biridir.

Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi dəmir yolu üzrə sərnişin daşımalarının bərpası təcrübəsi bunu göstərir. Uzun müddət ərzində infrastrukturun yenilənməsi, idarəetmə mexanizmlərinin uyğunlaşdırılması, bilet satışı sistemlərinin inteqrasiyası və digər rəqəmsal həllərlə bağlı qarşılıqlı müzakirələr aparılıb. Hətta Azərbaycan tərəfi Gürcüstan dəmir yolları əməkdaşlarına təlimlər də keçib və bu proses müəyyən müddət davam edib. Yalnız uzun hazırlıq mərhələsindən sonra Bakı-Tbilisi istiqamətində sərnişin daşımalarının bərpası mümkün olub”.

Analoji koordinasiya, təcrübə inteqrasiyası və investisiya yönümlü əməkdaşlığın Rusiya ilə həyata keçirilməsi isə hazırkı geosiyasi şəraitdə çətin görünür. Burada əsas maneə təhlükəsizlik məsələləri və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyalardır".

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Bütün Xəbərlər