FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
10.06.2025 16:29

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə TodayPress TV-yə FHN-dən verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Nərimanov rayon 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında, Xəzər rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli Ümumi orta internat məktəbində və Nəsimi rayonu 16 nömrəli Texniki-humanitar liseydə, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbində və Abşeron rayon Xırdalan şəhər 17 nömrəli körpələr evi-uşaq baxçasında, Aran Regional Mərkəzi tərəfindən Ucar rayon Bərgüşad kənd 1 nömrəli və Göyçay şəhər Z.Bünyadov adına 3 nömrəli tam orta məktəblərində, Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayon Çəmənli kənd və Bərdə rayon 6 nömrəli tam orta məktəblərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən İsmayıllı rayon Sulut kənd və Basqal qəsəbə tam orta məktəblərində, Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Yardımlı rayon S.A.Şabiyev adına Şəfəqli kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

FOTOLAR

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 1
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 2
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 3
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 4
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 5
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 6
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 7
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 8
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Bütün Xəbərlər