FHN isti hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

FHN isti hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
24.07.2026 10:42

Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Bu barədə TodayPress TV-yə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qarşıdan gələn şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir:

"Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər. Həmçinin, isti havalardan qorunmaq üçün məişət cihazlarına (kondisioner və s.) tələbatın artması elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın risklərini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki, evlərdə və iş yerlərində elektrik şəbəkəsi çox yüklənməməli, elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyəti yoxlanılmalı, aşkar edilən qüsurlar dərhal aradan qaldırılmalı, əkin sahələrində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə edilməməli və siqaret çəkilməməli, fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətləri quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir. Unutmaq olmaz ki, tam söndürülməmiş siqaret kötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərlə islanmış materialların ətrafa atılması yanğın təhlükəsi yaradır.

Habelə, meşə sahələrinə yaxın ərazilərdə yaşayan və təbiət qoynunda istirahətə yollanan vətəndaşlar nəzərə almalıdırlar ki, meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalanmalı, bunun üçün ərazinin yanğına qarşı vəziyyəti qiymətləndirilməli, ağac altı, quru ot və kol-kos, ağac qırıntıları olan ərazi seçilməməli, tonqalın ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada tonqal qalamaq qadağandır".

XƏBƏR LENTİ
24 IYUL 2026
Tennisdə milyonların siyahısı açıqlandı 12:31 Qazaxıstanda ilk aerotaksinin sınaq uçuşu oldu - VİDEO 12:25 SON DƏQİQƏ: Polşa və Almaniya Rusiya sərhədində birgə əməliyyata başladı 12:04 "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - QƏRAR 12:00 LeBron gələcək vida ilə bağlı ürəyini açdı 11:55 İran eyni vaxtda iki ölkədəki ABŞ bazalarına hücum etdi - VİDEO 11:47 Azərbaycan neftinin qiyməti 109 dolları keçdi 11:38 Rodri üçün milyonluq plan: "Real"dan böyük addım 11:22 Rodman keçmişi ilə bağlı maraqlı fakt açıqladı 11:11 TƏCİLİ: Bakıda iki sərnişin avtobusu toqquşdu, xəsarət alanlar var - VİDEO 11:05 Böyük dönüş: Klopp Almaniya millisinin başına keçir 10:57 Prezident Şavkat Mirziyoyevi təbrik etdi 10:54 FHN isti hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 10:48 Əhəd Abıyev yük yerini açdı, ora dollar "paçka"ları ilə dolu idi: “Mən gedim, Ramiz müəllim gözləyir”... 10:30 Atakişiyevin təyyarəsinə atəş açılıb… - Qayınatası sirləri açdı - VİDEO 10:27 Tapia: Məğlubiyyət ağrıdır, amma bunu qəbul etməliyik 10:23 İran İordaniya və Bəhreyndəki ABŞ bazalarını vurdu 10:20 Onur Quluzadənin növbəti sınağı 10:09 Rusiyanın strateji silah zavodu belə vuruldu - VİDEO 09:57 Rusiya qatı cinayətkarları cəbhəyə göndərəcək - İDDİA 09:55 DÇ finalı ilə bağlı qalmaqal: 60 mindən çox imza toplandı 09:50 İran 7 ölkəyə müraciət etdi - Bəqai danışdı, nə danışdı... 09:45 Ukrayna Putinin vətənini vurdu - VİDEO 09:44 Neymardan sərt reaksiya: “Məşq etməyimə də söz deyəcəksiniz?” 09:37 Rusiya ərazisinə kütləvi PUA zərbələri: Ukrayna strateji obyektləri hədəf aldı - VİDEO 09:29 Bütün Xəbərlər