Balıqçılıq və akvakultura sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir

Balıqçılıq və akvakultura sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir
19.12.2025 11:38

“2025-ci ildə balıqçılıq və akvakultura sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib”.

TodayPress TV xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev 2025-ci ildə balıqçılıq sahəsində görülən işlərə həsr olunmuş mətbuat konfransında deyib.

Ceyhun Əliyevin sözlərinə görə, 13–15 may 2025-ci il tarixlərində Bakı şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Mərkəzi Asiya və Qafqaz Regional Balıqçılıq və Akvakultura Komissiyasının (CACFish) Texniki Məsləhət Komitəsinin yeddinci iclası keçirilib. İclasda beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı, akvakultura sahəsində çalışan yerli mütəxəssislər də iştirak ediblər.

Direktor bildirib ki, FAO-nun TCP/AZE/3904 “Kənd yerlərinin inkişafı” layihəsi çərçivəsində 25 avqust – 12 sentyabr 2025-ci il tarixlərində balıqçılıq və akvakultura sahəsini əhatə edən təlim proqramı təşkil olunub. Təlimlərdə 15 nəfər əməkdaş iştirak edib, proqram çərçivəsində müasir yanaşmalar, beynəlxalq təcrübə və praktiki biliklərin artırılmasına xüsusi diqqət yetirilib.

Ceyhun Əliyev qeyd edib ki, 24–26 noyabr 2025-ci il tarixlərində Türkmənistan Respublikasının Aşqabad şəhərində Xəzər dənizinin su bioresurslarının qorunması, rasional istifadəsi və ehtiyatların idarə olunmasına dair Komissiyanın 9-cu iclası keçirilib və Azərbaycan nümayəndə heyəti bu tədbirdə təmsil olunub.

Onun sözlərinə görə, iclas zamanı Komissiyanın əvvəlki qərarlarının icrası, 2024-cü ildə istifadə olunmuş balıqçılıq kvotaları, ehtiyatların bərpası, balıqartırma proqramları və su bioresurslarının mühafizəsi məsələləri müzakirə edilib. Elmi tədqiqat məlumatları əsasında Xəzər dənizində bioresursların mövcud vəziyyəti qiymətləndirilib, 2026-cı il üçün birgə balıqçılıq kvotaları təsdiq edilib və növbəti mərhələ üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 Bütün Xəbərlər