Bakıda ilk dəfə “Böyük Hindistan Manqo Festivalı” təşkil edildi

Bakıda ilk dəfə “Böyük Hindistan Manqo Festivalı” təşkil edildi
06.07.2026 14:31

Hindistanın Bakıdakı Səfirliyi 2026-cı il iyulun 5-də ilk dəfə Böyük Hindistan Manqo Festivalını təşkil edərək Hindistanın məşhur “Meyvələrin Şahı” adlanan orijinal dadını Azərbaycan ictimaiyyətinə təqdim edib.

TodayPress TV xəbər verir ki, festival böyük maraqla qarşılanıb və tədbirdə müxtəlif ölkələrin və beynəlxalq təşkilatların səfirləri, diplomatik korpusun üzvləri, dövlət qurumlarının və digər təşkilatların tanınmış nümayəndələri, iş adamları, media nümayəndələri, sosial media influenserləri, Hindistan diasporunun üzvləri, eləcə də çoxsaylı Azərbaycan vətəndaşları iştirak ediblər.

Tədbir başlamazdan əvvəl festival sosial mediada geniş rezonans doğurub, paylaşılan elanlar və tanıtım materialları ictimaiyyət arasında böyük maraq yaradıb.

Axşam boyu səfirliyə gələn çoxsaylı qonaqlar Hindistanın yüksək keyfiyyətli müxtəlif manqo növlərinin dadına baxmaq imkanı əldə ediblər. Onlara dünya şöhrətli  ”Alphonso”, “Badami”, “Kesar” və digər məşhur Hindistan manqoları təqdim olunub.

Qonaqları salamlayan Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar festivala göstərilən böyük maraqdan məmnunluğunu ifadə edərək, bu tədbirin Hindistan və Azərbaycan arasında mədəni və xalqlararası əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olduğunu bildirib.


Səfir Kumar çıxışında qeyd edib ki, Hindistan dünyanın ən böyük manqo istehsalçısıdır və ölkənin müxtəlif bölgələrində yüzlərlə unikal manqo növü yetişdirilir. Onun sözlərinə görə, hər bir növ Hindistanın zəngin coğrafi və kənd təsərrüfatı müxtəlifliyini əks etdirməklə yanaşı, özünəməxsus dadı, ətri və teksturası ilə seçilir.

Hindistan manqolarının Azərbaycanda uğurlu gələcəyinə əminliyini ifadə edən səfir bildirib ki, manqonun dünya miqyasında qazandığı böyük populyarlığı nəzərə alaraq, Azərbaycan istehlakçılarının da bu meyvənin bənzərsiz dadını və zəngin çeşidlərini yüksək qiymətləndirəcəyinə inanır. O, Hindistan manqolarının yaxın gələcəkdə Azərbaycan ailələrinin evlərində, süfrələrində və mətbəxində özünə layiqli yer tutacağına ümid etdiyini vurğulayıb.

Səfir, həmçinin qeyd edib ki, manqo yalnız zəngin dadı ilə deyil, həm də qida lifləri, vacib vitaminlər və antioksidantlarla zəngin olması baxımından sağlam qidalanma üçün olduqca faydalıdır və dadla sağlamlığın mükəmməl vəhdətini təşkil edir.


Festival azərbaycanlı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Onların bir çoxu Hindistan manqosunun dadına ilk dəfə baxdıqlarını bildiriblər.

İlk dəfə Hindistan manqosu dadan Asif Məmmədov bu təcrübəni unudulmaz adlandırıb. O bildirib ki, manqoların zəngin dadı və ətri onu heyran edib və xüsusilə “Alphonso” və “Badami” növlərini çox bəyənib. Hindistan manqolarını həqiqi “Meyvələrin Şahı” adlandıran Asif Məmmədov qeyd edib ki, heç bir digər meyvə bu qədər zəngin dada malik deyil. O, Azərbaycan idxalçılarını və pərakəndə satış şəbəkələrini Hindistan manqolarını ölkəyə gətirmək üçün səylərini artırmağa çağırıb. Bundan əlavə, o, ənənəvi Hindistan içkisi olan manqo lassinin indiyədək daddığı ən təravətləndirici içkilərdən biri kimi qiymətləndirib.

Digər azərbaycanlı qonaqlar da oxşar fikirlər səsləndirərək bildiriblər ki, Hindistan manqoları Azərbaycan ailələrinin süfrələrinə gözəl töhfə ola bilər və yaxın gələcəkdə onların yerli supermarketlərdə və meyvə bazarlarında daha geniş satışını görmək istəyirlər.

Azərbaycanda fəaliyyət göstərən Hindistan hotellərinin nümayəndələri və beynəlxalq səviyyədə tanınan aşpazlar da təşəbbüsü yüksək qiymətləndiriblər. Onlar bildiriblər ki, yay mövsümündə həm Hindistandan, həm də digər ölkələrdən gələn turistlər tərəfindən təzə manqo, manqo şirəsi, manqo lassi və manqodan hazırlanan desertlərə böyük tələbat olur. Onların fikrincə, keyfiyyətli Hindistan manqolarının müntəzəm tədarükü bu artan tələbatın daha yaxşı qarşılanmasına və Azərbaycanın kulinariya təkliflərinin daha da zənginləşməsinə töhfə verəcək.


Festival çərçivəsində Hindistanın zəngin mədəni irsini əks etdirən rəngarəng bədii çıxışlar da təqdim olunub. Mədəni proqram tədbirə xüsusi rəng qatmaqla yanaşı, Hindistan və Azərbaycan arasında mövcud olan güclü mədəni əlaqələri bir daha nümayiş etdirib.

Hindistan və Azərbaycan arasında birbaşa aviareyslərin mövcudluğu, istehlakçı marağının artması və iki ölkə arasında turizmin inkişafı fonunda Hindistan manqolarının Azərbaycan bazarında uğurlu perspektivləri olduğu vurğulanıb.

Qeyd olunub ki, Hindistanda yüksək keyfiyyətli manqoları Yaxın Şərq, Avropa, Şimali Amerika və dünyanın bir çox digər bazarlarına ixrac edən çoxsaylı təcrübəli ixracatçılar fəaliyyət göstərir. Səfirlik artan informasiya və yeni kommersiya tərəfdaşlıqları sayəsində Hindistan manqoları yaxın gələcəkdə Azərbaycan bazarında da möhkəm yer tuta biləcəyi barəsində əminliyini ifadə edib.

XƏBƏR LENTİ
06 IYUL 2026
Azərbaycanda klublar milli komandaya oyunçu verə bilmir – Fazil Mustafa 16:33 Rusiya Ukraynada "SOCAR"ın məntəqəsini vurdu: Azərbaycan nota verdi 16:21 Rus xalqı oğullarını yeni milyonluq orduya qurban verəcək? 16:16 Gənclər niyə bölgələri tərk edib Bakıya üz tutur? 16:05 Omskda neft zavodu vuruldu - VİDEO 15:56 Torpaq mülkiyyətçilərinin NƏZƏRİNƏ: Qanunvericiliyə yeni tələblər əlavə edildi 15:49 Ölkəni azad etdik, gəncliyin beynini işğal etdilər – İnformasiya savaşı sərhədini aşdı 15:44 Cəmi bir çamadanla hakimiyyəti tərk edən Baş nazirin üstündə bir qəpik də yox idi - Nəsib bəy Yusifbəylinin tarixi faciəsi 15:30 Azərbaycanın hücum təyyarələri belə göründü, bütün Türkiyənin qürurunu oxşadı - VİDEO 15:19 Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır? 15:09 Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ! Qabiliyyət imtahanlarının başlama tarixi açıqlandı 15:03 Şıx çimərliyində dənizə nə tökülür? - VİDEO 14:59 İsrail çaxnaşır - Yəhudilər Azərbaycana görə Netanyahuya üsyan etdilər 14:51 DÇ-26: Nəhəng matçda ulduzların mübarizəsi 14:43 Nazir BMT rəsmisinə şifrələri verdi - Ermənistanın... 14:37 Bakıda ilk dəfə “Böyük Hindistan Manqo Festivalı” təşkil edildi 14:31 Paşinyan peraşkisini böldüyü dostunu niyə "yanladı"? – Simonyanın şok istefasının sirri! 14:27 Milyonlarla illik sirr meqapolisin mərkəzində açıldı 14:24 Rusiyada etniklərin və digər qeyri-rus xalqların zorla Ukrayna cəbhəsinə göndərilməsi dayandırılmalıdır - Şuşa forumundan şok bəyanat 14:20 Avtovağzal tərəfdə başlayan yanğın şam ağaclarına sıçradı - YENİLƏNDİ - VİDEO 13:38 İyulun 7-də hava necə olacaq? Rayonlarda kəskin hava dəyişəcək 13:53 Robot insanları döydü - Bəşəriyyət qapaz altında 13:33 Azərbaycan təmsilçiləri avrokuboklarda mübarizəyə başlayırlar 13:21 Prezidentin yüksək vəzifə verdiyi məmur kimdir – DOSYE 13:09 Tramp zirehli binada qalacaq - Gülləkeçirməz şüşələr və partlayışa davamlı divarlar 13:02 Bütün Xəbərlər